"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

ARDNŞ-in törəmə şirkəti «SOCAR Energy Georgia» 2006-cı ildə yaradılıb. Bu gün «SOCAR Energy Georgia» şirkətinin əsas fəaliyyət sahəsinə neft məhsullarının Gürcüstanda topdan və pərakəndə satışı, SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin (YDM), neft terminalları və anbarlarının tikintisi, eləcə də yeni qaz kəmərinin çəkilməsi və mövcud qaz kəmərlərinin reabilitasiyası daxildir.




Əməkdaşlığın dinamikası

ARDNŞ-in törəmə şirkəti «SOCAR Energy Georgia» 2006-cı ildə yaradılıb. Bu gün «SOCAR Energy Georgia» şirkətinin əsas fəaliyyət sahəsinə neft məhsullarının Gürcüstanda topdan və pərakəndə satışı, SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin (YDM), neft terminalları və anbarlarının tikintisi, eləcə də yeni qaz kəmərinin çəkilməsi və mövcud qaz kəmərlərinin reabilitasiyası daxildir.

 «SOCAR Energy Georgia» öz törəmə şirkəti «SOCAR Georgia Petroleum»  vasitəsilə hər ay Gürcüstana 15.000 tondan çox benzin, 20.000 ton dizel yanacağı və  5.000 ton digər neft məhsulları ixrac edir.

2007-ci ildə etibarən «SOCAR Energy Georgia» Gürcüstanda ən böyük vergi ödəyicisidir. Onun dövlət büdcəsinə ümumi köçürmələrinin miqdarı 755 milyon laridən çoxdur.

Bu dinamik inkişaf edən şirkətin işi barədə ARDNŞ-in Gürcüstan nümayəndəliyiyinin rəhbəri, SOCAR Energy Georgia» şirkətinin baş direktoru Mahir Məmmədov «SOCAR+» jurnalına danışıb:

Sual: Cənab Məmmədov,  ARDNŞ-in Gürcüstanıın yanacaq bazarına bu qədər sürətli templə daxil olması və cəmi 5 illik fəaliyyətdə bu cür ciddi iqtisadi göstəricilərin əldə oluması nə ilə izah olunur?

Cavab:  Sizin tərəfinizdən qeyd olunan nəticələr, ilk növbədə, Gürcüstan bazarına düzgün marketinq strategiyası ilə daxil olmaqdan irəli gəlib.

 

Gürcüstanla tərəfdaşlıq bizim bütün enerji layihələrimiz üçün strateji əhəmiyyət daşıyır. Bu isə ARDNŞ-in xaricdə ilk nümayəndəliyinin açılması barədə qərarın qəbulunda öz müsbət rolunu oynayıb.

Bununla əlaqədar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sözlərini xatırlamamaq olmaz: “Heç bir dövlət, hətta ən böyük dövlət belə öz çərçivəsində qalaraq, təcrid olunaraq öz iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”.

 

Həmçinin ölkələrimizin prezidentləri, cənab İlham Əliyev və cənab Mixail Saakaşvili tərəfindən göstərilən

əlverişli siyasi dəstəyi qeyd  etməmək olmaz.

 Sual: ARDNŞ-in Gürcüstandakı bu cür məhsuldar fəaliyyətinin əsasında siyasi komponentin- ölkələrimiz arasındakı dostluq münasibətlərinin durduğunu demək olarmı?

Cavab: Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına, siyasi inteqrasiyasına və regional təhlükəsizliyə böyük təsir göstərir. Azərbaycan və Gürcüstanın münasibətləri müttəfiq və tərəfdaş olaraq ən yüksək səviyyəyə çatıb. Təbii ki, bu münasibətlərin təməli məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən atılıb və onun strateji baxışları sayəsində bu münasibətlər möhkəmlənib, Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri ilə daha da inkişaf edib.

 

Qeyd etmək istəyirəm ki, biz də öz növbəmizdə xalqlarımızı əsrlərlə bir-birinə bağlayan əlaqələrin bundan sonra da inkişaf etməsi üçün səy göstərəcəyik.

 

Sual: Ən maraqlı məqamlardan biri də ARDNŞ-in Gürcüstan ərazisindəki yanacaqdoldurma məntəqələrinin miqdarının sürətli artımıdır. Məhz burada Gürcüstan vətəndaşları qardaş ölkənin mövcudluğunu əyani şəkildə görür, xidmət səviyyəsini və mədəniyyətini qiymətləndirirlər. Bu iş necə təşkil olunub, nə qədər yeni YDM-lərin açılması nəzərdə tutulub?

 

Cavab: Qeyd etmək istərdim ki, şirkətimizin yanacaq bazarına neft məhsulları ilə daxil olması inkişafımızın ən uğurlu istiqamətlərindən biri sayılır. Gürcüstanda SOCAR brendi altında YDM şəbəkəsi aktiv şəkildə genişlənir və bu gün onların sayı 95-dir, bu məntəqələrdə 1600-dən çox insan çalışır. İstehlakçının tələbatını ödəmək üçün kompleks yanaşma tətbiq edilir, buraya YDM-in ərazisində yerləşən ticarət məntəqələri, otel kompleksi, restoranlar, apteklər, avtomobilyuma sexləri daxildir.

 

2007-2011-ci illər ərzində «SOCAR Energy Georgia» şirkətinin törəmə strukturu «SOCAR Georgia Petroleum» Gürcüstana 1.700.000 tondan çox neft məhsulları ixrac edərək, ümumi ixracda 50% paya sahib olub. Şirkət topdansatışın  59% -nə nəzarət edir, müvafiq olaraq pərakəndə satış 41%.-dir. 

Şirkətin əsas hədəfi daha 35 YDM-in açılmasıdır. Bunlarda istehlakçılara yüksək səviyyədə xidmətin göstərilməsi üçün bütün şərait yaradılacaq və ona riayət ediləcək. «SOCAR Georgia Petroleum» 15 xidmət mərkəzinə malikdir və son araşdırmaların nəticələrinə görə, Gürcüstandaki servis mərkəzlərinin və “SOCAR” YDM-lərinin xidmətini bank sektorunun xidmətləri ilə müqayisə edirlər. Şirkətin nəzdində tədris-təlim mərkəzi fəaliyyət göstərir və şirkətdə işləmək istəyənlərin hamısı orada təlim keçir.

2011-ci ildə şirkət dövriyyəyə yeni «Energy Card» layihəsi buraxıb, bunun nəticəsində YDM-də yanacaq doldurarkən bonus yüklənir və bundan kommunal xidmətlərin ödənilməsi zamanı istifadə etmək olar.

2010-cu ildə «SOCAR Georgia Petroleum» şirkətinə beynəlxalq keyfiyyət sertifikatı təqdim edilib. Bu,  ISO 9001 – keyfiyyətin menecment sistemidir.

 

Sual: Sizin şirkət Gürcüstan ərazisində ən böyük investor kimi tanınır. Bu müddət ərzində ARDNŞ tərəfindən Gürcüstanın yanacaq-enerji kompleksinə, ümumiyyətlə, bu ölkənin iqtisadiyyatına nə qədər vəsait qoyulub?

 

Cavab: SOCAR Gürcüstan iqtisadiyyatına ciddi sərmayələr qoyur və daima investorlar sırasında qeyd olunur. Ümumilikdə, bu günə qədər şirkət Gürcüstan iqtisadiyyatına 750.000.000 ABŞ dollarından artıq həcmdə vəsait qoyub. Birinci investisiya layihəsi Kulevidə açılan neft terminalıdır. Bu gün bu terminal Gürcüstanın Qara dənizdəki ən böyük sənaye obyektlərindən biridir.

 

Onu da qeyd etmək istəyirəm ki, 2008-2011-ci illərdə «SOCAR Georgia Gas» şirkəti ilə Gürcüstanın qazlaşdırılmasına 110 milyon ABŞ dollarından artıq vəsait yatırılıb, cari ildə daha 50 milyon dollar əlavə vəsait qoyulması planlaşdırılır. «SOCAR Georgia Petroleum» də öz növbəsində fəaliyyət göstərdiyi 5 il ərzində 111 milyon ABŞ dollarından artıq investisiya qoyuluşu edib.

 

Sual: Bütövlükdə ARDNŞ-in Gürcüstandakı fəaliyyətinin necə qiymətləndirirsiniz, hazırda hansı iri layihələr üzrə iş aparılır?

 Cavab: Hazırda AGRİ layihəsi ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektividir. Bu layihə  Kulevi neft terminalının qonşuluğundakı ərazidə sıxılmış qaz terminalının tikintisini nəzərdə tutur. Məlum olduğu kimi, 2010-cu il aprelin 13-də üç ölkənin (Azərbaycan, Gürcüstan, Rumıniya) başçıları tərəfindən “Sıxılmış qaz və onun nəqli sferasında anlaşma və əməkdaşlıq haqqında” memorandum imzalanıb.

 

Qeyd etmək lazımdır ki, indiki mərhələdə Kulevi terminalının infrastrukturunun genişləndirilməsi məqsədi ilə Azərbaycan qaynaqlı neft-kimya məhsullarının ötürülməsi üzrə tikinti işləri aparılır.

Həmçinin, Poti şəhərindən şimala doğru Qara dəniz sahilindəki azad sənaye zonasında kənd təsərrüfatı ehtiyacları üçün azot gübrələrinin istehsalı üzrə ildə 700.000 ton istehsal gücü olan “Karbamid” zavodunun tikintisi planlaşdırılır.

 

“SOCAR Energy Georgia” yaxın planlarına neft məhsullarının saxlanması üçün Tbilisi şəhərində yerləşən yeni neft terminalının tikintisi, YDM-lərin miqdarının 130-a qədər artırılması, eləcə də qazla təmin edilən abonentlərinin sayının 200.000 çatdırılması daxildir.

 

Sual: Bizim məlumatımıza görə«SOCAR Energy Georgia» Gürcüstanda xeyriyyəçilik sahəsində liderlik edir. Şirkətin Gürcüstandakı xeyriyyəçilik layihələri barədə bizə nə deyə bilərsiniz?

 

Cavab: Xeyriyyəçilik proqramlarını həyata keçirərkən, biz paralel olaraq həm iri xeyriyyə fondlarıyla Gürcüstan dövlətinin iştirakı və patronajlığa altında, həm də əhalinin aztəminatlı hissəsinə yardım göstərən regional cəmiyyətlər və xeyriyyə təşkilatları ilə işləyirik. Bu layihənin təsir dairəsinə praktiki olaraq Gürcüstanın bütün əhalisi, o cümlədən soydaşlarımız da düşür. 2007-2011-ci illərdə xeyriyyə və sosial layihələrə ayrılan ümumi məbləğ 6.000.000 ABŞ dollarına yaxın vəsait təşkil edib.

Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyasına yönəldilmiş islahatların aparılmasında Gürcüstan hakimiyyətinə kömək etmək məqsədi ilə son 3 il ərzində 200-ə yaxın gənci əhatə edən təqaüd proqramı həyata keçirilir, onların istər Gürcüstanda, istərsə də xarici ali təhsil müəssisələrində təhsil almaları maliyyələşdirilir.

Şirkət sabit olaraq insanları iş yerləri ilə təmin edir, Gürcüstanda iş yerlərinin açılması üzrə prezident proqramında iştirak edir, sosial baxımdan müdafiəsiz və aztəminatlı ailələrə maliyyə yardımı göstərir, qocalar və kimsəsiz uşaqlar evlərinə yardım göstərilməsi üzrə layihələri maliyyələşdirir.

Şirkət Gürcüstanın Şahmat Federasiyasının və Gürcüstan Futbol Federasiyasının baş sponsoru olaraq idman layihələrini dəstəkləyir.

 

Şirkətin Tbilisi və Rustavidə Heydər Əliyev adına parkların, Mirzə Fətəli Axundovun Tbilisidə yerləşən ev-muzeyinin, həmçinin Marneulidəki “Çay evi”nin yenidənqurma və tikintisi üzrə fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. 

2007-2011-ci illərdə azərbaycanlılar yaşayan bölgələrdə məktəblər, uşaq bağçaları, mini-stadionlar, yollar, xəstəxanalar, su təchizatı sistemləri tikilib və təmir edilib.

Sual: Cənab Məmmədov, Siz həmçinin Gürcüstanda Azərbaycanlı Biznesmenlər Assosiasiyasının sədrisiniz. Gürcüstanda sahibkarlarımızın işini necə səciyyələndirirsiniz, gələcəkdə hansı perspektivləri görürsünüz?

 Cavab: Gürcüstanda Azərbaycan biznesi yüksələn xətt üzrə inkişaf edir və bank, sığorta, konsaltinq, tikinti, nəqliyyat, yüngül sənaye və sair daxil olmaqla bütün sferaları əhatə edir.

 

2009-cu ildə azərbaycanlı sahibkarlar tərəfindən "AZEBI" ictimai təşkilatı təsis edilib və hazırda onun sırasında Gürcüstanda işləyən 40-dan artıq azərbaycanlı sahibkarlar və şirkətlər var. Təşkilatın yaradılmasının başlıca məqsədi Gürcüstan bazarında işləməyi arzulayan yeni azərbaycanlı sahibkarala yardım göstərməkdir. Son beş ildə Azərbaycan Gürcüstana 800 milyon dollar yatırıb. Azərbaycan şirkətləri Gürcüstan bazarında ən iri işəgötürən müəssislərdəndir, onlar ümumilikdə 7 iş yeri yaradıblar.