"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Bu il iyun ayının 27-dən avqust ayının 12-dək Böyük Britaniyanın paytaxtı London şəhərində sayca otuzuncu Yay Olimpiya oyunları keçiriləcək. Bundan əlavə, Dumanlı Albionun paytaxtı Olimpiya oyunlarını üçüncü dəfə qəbul edən ilk şəhər olacaq (Olimpiya oyunları Londonda 1908 və 1948-ci illərdə də keçirilib). Lakin bu il keçirilən Olimpiada dünyanın ən parlaq idman hadisəsi olmağı vəd edir.


GƏLƏCƏK ZƏFƏRLƏR

Bu il iyun ayının 27-dən avqust ayının 12-dək Böyük Britaniyanın paytaxtı London şəhərində sayca otuzuncu Yay Olimpiya oyunları keçiriləcək. Bundan əlavə, Dumanlı Albionun paytaxtı Olimpiya oyunlarını üçüncü dəfə qəbul edən ilk şəhər olacaq (Olimpiya oyunları Londonda 1908 və 1948-ci illərdə də keçirilib). Lakin bu il keçirilən Olimpiada dünyanın ən parlaq idman hadisəsi olmağı vəd edir.

Qarşıdan gələn yay Olimpiadasında idmanın 26 növü üzrə medallar oynanılacaq. Bu idman növlərindən bəzisi bir neçə yarışma ilə təqdim olunub. Belə ki, cari ilin Olimpiya proqramına “dayvinq” (hündürlükdən suya tullanma), üzgüçülük, sinxron üzgüçülük, vaterpol (su voleybolu), oxatma, yüngül atletika, badminton, basketbol, boks, baydarkalarda və kanoedə avarçəkmə, baydarka və kanoedə sprint, “BMX” (velosipedlə tryuklar göstərmə), “Mountain Bike” (dağda velosipedsürmə), velosiped yarışları, futbol, gimnastika, tennis, voleybol və digər idman növləri üzrə yarışlar daxil olacaq.

İdman obyektlərinin əksəriyyəti Böyük London (İngiltərənin cənub-şərqində iki qraflığı birləşdirən region) ərazisində yerləşəcək və üç zonaya - olimpiya (“Olimpiya” parkında), çay (Londonun şərqində, Temza çayının uzunluğu boyu) və mərkəzi (regionun mərkəzində və qərbində) zonalara bölünəcək.

Mütəxəssislərimizin proqnozlara əsasən, cari Olimpiadaya indiyə kimi 30 lisenziya toplamış Azərbaycan hələ bundan sonra da 50-dən çox lisenziya əldə edə bilər. Bundan əlavə, Azərbaycanın bu Olimpiadada 10-dan çox medal qazanacağı və bu göstərici ilə Avropada 15-ci yeri tutaraq iyirmi ən yaxşı ölkə sırasına daxil olacağı ehtimal edilir.

Xatırladaq ki, Bakı 2020-ci ilin Yay Olimpiya oyunlarını qəbul etmək üçün rəsmi ərizə ilə müraciət edib. “Bakı Olimpiya Oyunları 2020” təşkilat komitəsinin icraçı direktoru Könul Nurullayevanın sözlərinə görə, bu dəfə Olimpiadanın Bakıda keçirilməsi üçün kifayət qədər böyük şans var. Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov isə qeyd etmişdir ki, “Bu ərizə Bakının öz mehmanxanaları, muzeyləri, arxitekturası və bir çox digər tikililəri ilə dünya miqyaslı şəhərə çevrilməsi prosesinin bir hissəsidir. Olimpiya hərəkatı ilə yanaşı, biz həm infrastruktur baxımından, həm də şəhərin ictimai və iqtisadi həyatında müsbət dəyişiklikləri sürətləndirə bilərik”.

Arxitektura və Şəhərsalma üzrə Dövlət Komitəsinin verdiyi xəbərə əsasən, 2020-ci ilin yay Olimpiya oyunlarının Bakıda keçirilməsi ehtimalı şəhərsalma planlarında da nəzərə alınacaq.

Onu da qeyd edək ki, 2020-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün Madrid, Tokio, İstanbul və Doha şəhərləri də öz namizədliklərini irəli sürüblər. Beynəlxalq Olimpiya Kompleksinin İcra Komitəsinin aprel ayında Lozanna şəhərində keçiriləcək toplantısında (ərizə kitabının ilk təqdimatından sonra) iddiaçı şəhərlərdən kimin növbəti tura keçəcəyi barədə qərar qəbul ediləcək və bu qərar rəsmi olaraq 20-25 may tarixlərində Kanadanın Kvebek şəhərində elan olunacaqdır. Beləliklə, iki mərhələdən ibarət olan seçim turundan sonra, 7 sentyabr 2013-cü il tarixində Beynəlxalq Olimpiya Komitəsi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində 2020-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərin adını açıqlayacaqdır.