"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Fərid Ələkbərov öz fəlsəfi kredosu olan şəxsiyyətdir. O, inanır ki, rəssamın yeganə hakimi Allahdır.




Rəssam Fərid Ələkbərovdan neon işıqları

Fərid Ələkbərov ziyarətçiləri öz emalatxanasına dəvət edəndə onları təəccübləndirmək niyyətini gizlətmir. Dərin zirzəminin açıq qapısından əvvəlcə məyusluq doğuran xərəklərə çəkilən astarlanmış ağ kətanlar görünür. Ancaq işığı yandıran kimi bu bəyaz sükut bir göz qırpımında nağılvari kəhkəşana çevrilir, emalatxananın sahibi belə təsirli və insanı nağıl ruhuna kökləyən effekti yaratmağa nail olduğuna görə zövq alır. Bu effekt təkcə yeni materialların tətbiqi ilə yox, həm də öz müasirləri ilə ünsiyyətdə yeni üsullar və onlarla ən əziz və məhrəm söhbət üçün mövzular axtaran rəssamın cəsarəti hesabına əldə edilir. Bu mövzular arasında xalqımıza uğur gətirmiş neft strategiyası xüsusi yer tutur. Rəssam da ziyarətçiləri və tamaşaçıları ilə son illərdə qazanılan böyük nailiyyətlər barədə səmimi söhbət etməkdən doymur.

Fərid Ələkbərov öz fəlsəfi kredosu olan şəxsiyyətdir. O, inanır ki, rəssamın yeganə hakimi Allahdır.

Budur, Almaniya və Avstriyada kifayət qədər məşhur olan işıq rəssamlığı Fərid Ələkbərovun sayəsində ölkəmizə də ayaq açır. Bu gün o, tələbatı böyük olan metodlarla, xüsusi materialların köməyi ilə ictimai və yaşayış binalarının interyerlərinin dekorativ tərtibatı üzrə Şərqdə yeganə istehsalat təşkilatçısıdır.

Fəridin işi yüksək bədiilik, peşəkar yaradıcılıq səviyyəsinə çatıb. Bu, hər rəssama müyəssər olmur. Yalnız yeni texnikaya ustalıq və xobbi, heyranlıq və əyləncə predmeti, axtarış və novatorluq imkanı kimi baxan sənətkarlar buna nail ola bilirlər. Fərid də belə xoşbəxt rəssamlardandır. O, Bakıda və xaricdə böyük populyarlığa malikdir.

Fərid şablon və basmaqəliblərdən uzaq durmağı bacarır. O, dünyanın necə gözəl və ecazkar olduğunu dərk edərək, biganəliyi və bayağı məntiqi özünə rəva görmür.

Yeni dövrün düşüncə və istəklərinin inikasını yaratmaq istəyən bu rəssam daim fəlsəfi yanaşma tərzi nümayiş etdirir, ancaq heç vaxt hansısa sistemli həll yolu bəyan etmir. Fərid, sadəcə, dövrümüzdə və ölkəmizdə hər gün böyüyən və yetkinləşən insanın qəlbinə üz tutur.