"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəşr etdiyi yeni "SOCAR plus" jurnalının təqdimetmə mərasimi 2011-ci il sentyabr ayının 20-də Neftçilər Günündə keçirilib. Bu nəşr neft və neft sənayesi ilə bağlı, sosium və mədəniyyət məsələləri prizmasından təqdim olunan kütləvi nəşr mövqeyi tutur.





Neftçilər günü

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəşr etdiyi yeni "SOCAR plus" jurnalının təqdimetmə mərasimi 2011-ci il sentyabr ayının 20-də Neftçilər Günündə keçirilib. Bu nəşr neft və neft sənayesi ilə bağlı, sosium və mədəniyyət məsələləri prizmasından təqdim olunan kütləvi nəşr mövqeyi tutur.

 

ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnala ön söz yazaraq oxucuya müraciət edib: “Azərbaycan neftinin zəngin tarixi həmçinin gələcəyimizin təminatçısıdır və bu tarixdə silinməz izlər qoymuş hadisələrin, şəxsiyyətlərin yaddaşlara həkk olunması bu gün ən mühüm vəzifələrdən biridir. Mən inanıram ki, "SOCAR plus" məhz bu ideyaya xidmət edəcək”.

 

Jurnalın ilk sayının üz qabığını Tofiq Cavadov tərəfindən 1951-ci ildə yaradılan “Neftçilər” şəklinin reproduksiyası bəzəyir.

 

Nəşrin birinci sayı müsahibələrdən, reportajlardan və neft sferasındakı hadisələr barədə hesabatlardan tutmuş tarixi oçerklərə və yaradıcılıq portretlərinə qədər bütöv bir qammanı əhatə edib: bu sayda Sumqayıtdan xüsusi reportaj və ARDNŞ vitse-prezidenti Rafiq Hüseynzadə ilə müsahibə təqdim olunub. Bütöv məqalələr bloku neft sahəsində peşəkar təhsilə, o cümlədən gənc neft mütəxəssislərinin əmək yolu barədə hekayətlərə həsr edilib.   

 

Jurnalın bu buraxılışında həmçinin məşhur neftçi-briqadir Mixail Kaveroçkinin taleyindən və professor Ağaqurban Əliyevin neft geologiyası sahəsindəki kəşflərindən də bəhs edilir. Nəşrdə ayrıca yer alan “Tarix” rubrikası məşhur Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin çoxşaxəli fəaliyyətinə, eləcə də “Nobel və oğulları” firmasının Bakıdakı işinə həsr olunub.

 

Neft işi və incəsənət tarixinin ortaq məqamlarından bəhs edən unikal rubrika “Memarlıq”dır. Bu bölümdəki ilk məqalənin hazırda ARDNŞ-in baş ofisinin yerləşdiyi memarlıq binasına həsr edilməsi tam qanunauyğundur – Fransa intibahı üslubunda tikilmiş bu malikanənin artıq 115 yaşı tamam olub.

 

“Qalareya” rubrikasında Maral Rəhmanzadənin yaradıcılığı, daha dəqiq desək, rəssamın o dövlərdə Neft Daşlarına misilsiz ezamiyyətinin nəticəsində yaratdığı “neft seriyası”ndan olan əsərləri təqdim olunur.

 

Zəngin mədəniyyət bölümünə aid, “Muzey” adlanan daha bir rubrikada müxtəlif ölkələrdəki neft muzeylərinin icmalı verilir. “Dünyanın neft şəhərləri” adlı müvafiq rubrikanın birinciləri Dubay və Hyustondur. Ədəbiyyat rubrikası Azərbaycan müəlliflərinin neft barədə söhbət açılan əsərlərindən fraqmentlər təqdim edir. “SOCAR plus”un bu sayında Mehdi Hüseynin “Abşeron” romanından bir hissə dərc olunub.

 

Diqqətəlayiqdir ki, jurnal yetkin yaşlı oxucuları ilə yanaşı, uşaqlara da diqqət ayırıb. Birinci sayın xüsusi bölümündə neft haqqında maraqlı məlumatlar, eləcə də hədiyyə qismində jurnalın üz qabığını bəzəyən həmin “Neftçilər” şəklinin boyanması tapşırığı verilib