"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

21-ci əsr ilk baxışdan muzey işi kimi mühafizəkar sferada da dönüş zamanına çevrilib. Bu yaxınlara qədər muzeylər incəsənət əsərlərinin, nadir tapıntıların, maraqlı təbiət hadisələrinə aid eksponatların, artefaktların təqdim olunduğu məkan idi. Eksponatların statik səciyyəsi müasir insanları lazımi qədər maraqlandırmağa imkan vermədiyi üçün yeni, innovativ iş üsulları axtarışına sövq etdi. Muzeylər aktiv şəkildə sosial məkana daxil oldular, yeni muzey texnologiyası da bunu tələb edirdi.





Xəzər Enerji Mərkəzi

21-ci əsr ilk baxışdan muzey işi kimi mühafizəkar sferada da dönüş zamanına çevrilib. Bu yaxınlara qədər muzeylər incəsənət əsərlərinin, nadir tapıntıların, maraqlı təbiət hadisələrinə aid eksponatların, artefaktların təqdim olunduğu məkan idi. Eksponatların statik səciyyəsi müasir insanları lazımi qədər maraqlandırmağa imkan vermədiyi üçün yeni, innovativ iş üsulları axtarışına sövq etdi. Muzeylər aktiv şəkildə sosial məkana daxil oldular, yeni muzey texnologiyası da bunu tələb edirdi.

Son on ildə dünyada muzey ekspozisiyalarının maarifləndirici funksiyası fəal şəkildə genişlənməyə başlayıb, onlar psixoloji, sosioloji və mədəni xüsusiyyətləri nəzərə alınmaqla ziyarətçilərlə muzeyin qarşılıqlı əlaqələrinin yaxşılaşdırılmasına yönəlib. Tanişlığın passiv-seyrçi formasını istisna edən, ziyarətçiyə hərəkət marşrutu seçmək, öz təəssüratlarını yaratmaq imkanı verən interaktiv eksponatlar meydana çıxıb.

***

2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə neft nəql edən Səngəçal neft-qaz terminalının təntənəli açılışı zamanı Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Xəzər Enerji Mərkəzi yaradıldı. Azərbaycandakı neft-qaz layihələrinin iştirakçısı olan yaradıcıların ideyasına görə, Mərkəzin əsas funksiyası tədris səciyyəsi daşıyır. Ziyarətçilər burada Xəzərdə həyata keçirən enerji layihələri, neft-qaz sferasında aparılan tədqiqatlar, istehsalatda təhlükəsizlik qaydaları, ətraf mühit və ictimaiyyət qarşısında məsuliyyət barədə geniş məlumatlar əldə edirlər. Muzeyin əsas auditoriyası məktəblilərdir – il ərzində 4 mini aşan ziyarətçi sayının 70 faizini onlar təşkil edirlər.

Mərkəzin açıldığı gündən keçən illərdə orada ABŞ-ın indiki prezidenti Barak Obama (2005-ci ildə), İsveçrə, Estoniya, Çexiya, Mavritaniya prezidentləri, Türkiyə, Belarus, Litva və Cənubi Koreyanın baş nazirləri, bir çox ölkələrin nazirləri və parlament üzvləri olublar.

Xəzər Enerji Mərkəzinin özəlliyi onun interaktivliyidir. Bu gün mərkəz təkcə Azərbaycanda deyil, həm də bütün Cənubi Qafqaza birinci və hələlik yeganə interaktiv muzeydir. Lap əvvəldən Enerji Mərkəzi yüksək texnologiyalar vasitəsilə ilə ziyarətçilərlə dialoq qurmağı hədəf götürmüşdü və bu, Hyuston (ABŞ) təbiət elmləri muzeyi, London elm muzeyi (Böyük Britaniya), Smitson institutu (ABŞ) və Qobustan qoruğu ilə məhsuldar əməkdaşlıq əlaqələri yaratmağa yardımçı oldu.

Əcnəbi ziyarətçilərin şərhlərinə əsasən, bu gün Mərkəz dünya səviyyəli məlumat-tədris mərkəzidir. Böyük ikimərtəbəli binada çoxsaylı nümayiş ekranları, müxtəlif neft-qaz avadanlıqlarının hazırda istifadə olunan modelləri yerləşib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi zamanı tapılan arxeoloji tapıntıların sərgiləndiyi ekspozisiya böyük maraq doğurur.

Yalnız neft-qaz sferası ilə kifayətlənməyən Mərkəz müxtəlif fiziki və kimyəvi effektlərlə interaktiv rejimdə tanışlıq imkanı təqdim edir. Ziyarətçilərə tarixə qədərki dövrlərdə Yerin təkində baş verən, sonradan neftə çevrilən çöküntülərin yaranmasından bəhs edən film nümayiş olunur. Üç metrlik animasiya gerçək dinozavrlar dövrünü, yer səthində, okeanda, torpağın altında gedən prosesləri canlandırır. Əlbəttə, auditoriyanın əsasən məktəblilərdən ibarət olması da nəzərə alınır – burada uşaqlar üçün çoxlu idrak oyunları da var.

Hər il Mərkəzin ekspozisiyası yeni-yeni “canlı” eksponatlarla zənginləşir. Dünyanın aparıcı interkaktiv muzeyləri ilə əməkdaşlıq Mərkəzə zamanla və yeni texnologiyalarla ayaqlaşmaq imkanı verir. Muzeyin ekspozisiyası ictimaiyyətin aktual problemlərinə operativ reaksiya verir. Məsələn, 2012-ci ildə ekoloji problemlərə həsr olunmuş sərginin açılışı planlaşdırılır.

Bir sözlə, Xəzər Enerji Mərkəzi müasir muzey texnologiyalarının köməyi ilə azərbaycanlıların yeni nəslini, sabah neft sahəsində çalışacaq əməkçiləri, öz əməkləri ilə başqa sferalarda ölkəmizin tərəqqisinə və çiçəklənməsinə xidmət göstərəcək insanları maarifləndirən və tərbiyə edən canlı, inkişafda olan orqanizmdir.