"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycanda hələ I əsrdə (!) inşa edilmiş kilsə (yer kürəsində ilk kilsələrdən biri) çağdaş dövrümüzə kimi qorunub saxlanmışdır. Şəki rayonunun Kiş kəndində yerləşən bu kilsə onun tikintisini təşkil etmiş apostol Yeliseyin adını daşıyır.





İnsanlar, tarix və torpaq

Azərbaycanda hələ I əsrdə (!) inşa edilmiş kilsə (yer kürəsində ilk kilsələrdən biri) çağdaş dövrümüzə kimi qorunub saxlanmışdır. Şəki rayonunun Kiş kəndində yerləşən bu kilsə onun tikintisini təşkil etmiş apostol Yeliseyin adını daşıyır.

***

1918-ci ildə öz müstəqilliyini elan etmiş və Paris Sülh Konfransında müstəqil dövlət kimi tanınmış Azərbaycan Demokratik Respublikası TARİXDƏ İLK PARLAMENTLİ MÜSƏLMAN DÖVLƏTİ OLMUŞDUR.

***

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasında qadınlar da kişilərlə bərabər səsvermə hüququndan istifadə edirdilər. Səsvermə hüququ Azərbaycan qadınlarına Avstriya, Almaniya, Niderland, Polşa, İsveç, Lüksemburq, Çexiya, ABŞ, Böyük Britaniya, İspaniya, Portuqaliya və bir sıra digər Avropa ölkələrinin qadınlarından daha əvvəl verilib.

***

XI əsrin sonlarında - XII əsrin əvvəllərində yaşamış görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvi tarixin səhifələrinə ilk məşhur qadın şahmatçı və bəstəkar kimi düşüb.

***

Əslən azərbaycanlı olan amerikalı milyoner Anuşe Ansari kosmosa uçmuş ilk turist qadın olub. Yeri gəlmişkən, Anuşe Ansari kosmosda olmuş ilk müsəlman qadındır.

***

Xınalıq kəndi (Quba rayonu, Azərbaycan) Avropada tayı-bərabəri olmayan ən yüksək dağ kəndlərindən biridir (yaşayış məntəqəsinin maksimal hündürlüyü -  dəniz səviyyəsindən 2300-2500 metr yüksəklikdə).

***

İnsanın kosmik fəzaya ilk nəzarət olunan (pilotlu) uçuşuna hazırlıq, həmçinin “Mir” orbital stansiyasının kosmosa çıxarılması işləri ilə SSRİ-nin pilotlu uçuşlar üzrə Dövlət Komissiyasına 25 il rəhbərlik etmiş azərbaycanlı Kərim Kərimov məşğul olub.

***

Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümov 168 il yaşayıb və dünyanın ən yaşlı insanı kimi tanınıb. O, 150 ildən çox çobanlıq edib. Şirəli Müslümov 136 yaşında olanda 57 yaşlı Xatum xanımla ailə həyatı qurub və onların bir qızı dünyaya gəlib (!). Bu fakt SSRİ məkanında və bir sıra Avropa ölkələrində təsdiq olunub. Qeyd etmək lazımdır ki, Azərbaycanın Lerik rayonunda dünyada yeganə olan Uzunömürlülər muzeyi fəaliyyət göstərir.

***

Albaniya və ya Qafqaz Albaniyası (bir vaxtlar indiki Azərbaycanın hüdudlarını demək olar ki, tam təkrarlayan bir ərazidə mövcud olmuş qədim Azərbaycan dövləti) bütün dünyada xristianlığı rəsmən qəbul edən ikinci dövlət olub. Bu hadisə hələ IV əsrdə, Rusiyada xristianlığın qəbul olunmasından 600 il əvvəl, çar Urnayrın dövründə baş vermişdir.