"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2012-ci il tarixli Sərəncamı ilə cari il ölkəmizdə İdman ili elan olunub. Respublikamızda idmanın davamlı inkişafı, eləcə də dünya əhəmiyyətli möhtəşəm idman hadisələrinin yaxınlaşması baxımından vaxtında verilmiş bu qərar həm də bir sıra irimiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.




BİZ OLİMPİADAYA HAZIRIQ!

Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2012-ci il tarixli Sərəncamı ilə cari il ölkəmizdə İdman ili elan olunub. Respublikamızda idmanın davamlı inkişafı, eləcə də dünya əhəmiyyətli möhtəşəm idman hadisələrinin yaxınlaşması baxımından vaxtında verilmiş bu qərar həm də bir sıra irimiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Cənab Prezidentin Astara olimpiya-idman kompleksinin açılışında dediyi kimi, 2012-ci ilin İdman ili elan edilməsi idmanın inkişafına böyük dövlət qayğısının bariz göstəricisidir. “Hər dəfə  idmançılarımızın Olimpiya oyunlarında qazandıqları medalların sayı artır və Azərbaycan özünü dünyaya və dünya idman ictimaiyyətinə idman dövləti kimi təqdim edir. Dünya və Avropa çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizə çevrilib və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkə idmanının uğurlu inkişafını nəzərə alaraq, Azərbaycan 2020-ci il Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün müraciət etmişdir və hazırda bu müraciətə baxılır. Mən hesab edirəm ki, ölkəmizin paytaxtı Bakı Olimpiya oyunları keçirmək üçün bütün imkanlara malikdir”, - deyə İlham Əliyev qeyd edib.

Bu gün əminliklə bildirmək olar ki, ölkəmiz 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməyə tam hazırdır.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya oyunlarının keçirilməsi üçün Madrid, Tokio, İstanbul və Doha şəhərlərinin də namizədlikləri irəli sürülüb. Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi sifariş kitabının ilk təqdimatından sonra bu ilin aprelində Lozanna şəhərində baş tutacaq iclasında hansı iddiaçı şəhərlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edəcək. Bu qərar mayın 20-25-i arasında Kanadanın Kvebek şəhərində elan olunacaq. İkimərhələli seçimlərdən sonra Beynəlxalq Olimpiya Komitəsi 2013-cü il sentyabr ayının 7-də növbəti Yay Olimpiya oyunlarını qəbul edən Argentinanın paytaxtı Buenos-Ayresdə 2020-ci il Olimpiya oyunlarının keçiriləcəyi şəhərin adını elan edəcək.