"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

«Xəzər – Qara dəniz cəmiyyəti»nin təsisçisi,1868-ci ildən Paris bank evinə başçılıq etmiş baron Alfons Rotşild (1827–1905) Parisdə çox məşhurbankir Ceyms Rotşildin (1792–1868) oğlu idi.





Rotşildlər və Bakı nefti

1883-cü il mayın 16-daBakıda «Xəzər –Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti» (qısaca«Xəzər – Qara dəniz cəmiyyəti») adlı yeni bir şirkət təsis olunur. Bütövlükdə Fransanın «Rotşild qardaşları» bank evinə məxsus olan bu şirkətin mülkiyyətinə səhm paketi ilə birlikdə Bakının Balaxanı, Sabunçu, Ramana kəndlərində neftlə zənginolan 19 desyatin torpaq sahəsi, habeləkerosin zavodu da keçir. Dərhal aktiv fəaliyyətə başlayan şirkət tezliklə 135 xırda və orta müəssisədən Rusiyanın ucqarlarına və xarici ölkələrə göndərmək üçün əlverişli şərtlərlə kerosin alaraq öz əhatə dairəsini genişləndirir. Rotşildlər kerosinin komisyon satışına müqaviləni müəssisələr üçün güzəştli əsasda bağlayırdılar.Buna görə də əgər 1884-cüildə şirkətin Bakıdan xaricə apardığı neft məhsullarının həcmi 2,4 mln.pud olmuşdusa, artıq 1889-cu ildə bu göstərici 30 mln. puda çatmışdı.

«Rotşild qardaşları» bank evinin Bakıdakı fəaliyyəti artıq 1890-cı ildə, yəni «Xəzər – Qara dəniz cəmiyyəti» 7 il işləyəndən sonra belə səciyyələndirilirdi: «Çoxları Rotşildin Bakı neft sənayeçilərinin sırasına qatılmasını böyük səbirsizliklə gözləyirdi: onlar ümid edirdilər ki, Rotşild öz kapitalı ilə bütün neft işinə güclü təkan verəcək. O zaman Rotşildin kapitalı çoxlarına xeyli cəlbedici görünürdü… Həqiqətən də, adıçəkilən ticarət evinin peyda olması neft sənayesini xeyli canlandırmışdı».

«Xəzər – Qara dəniz cəmiyyəti»nin yaradıcısı, 1868-ci ildən Paris bank evinə başçılıq etmiş baron Alfons Rotşild (1827–1905) Parisdə çox məşhur bankir Ceyms Rotşildin(1792–1868) oğlu idi. Fransakralı Lui-Filip hökumətə göstərdiyi xidmətlərə görə Ceyms Rotşildi “Fəxri legion” zabiti elan etmişdi. Atasının ölümündən sonra Parisdəki bütün bank işlərini aparmağa başlayan Alfons dünya siyasətində mühüm rol oynayan nəhəng maliyyə kapitalı maqnatı olur. Fransa 1871-ciildə Prussiya ilə müharibədə məğlub olandan sonra onun təzminatını məhz A.Rotşildin ödədiyini, bununlada Adolf Tyeri Fransa hökumətinin başında məhz onun saxladığını qeydetmək kifayətdir.

Çar hökuməti A.Rotşildin vasitəs ilə Fransada bir sıra istiqrazlar buraxdırırdı. Belə ki, Bakı ilə Batumu birləşdirən Zaqafqaziya dəmir yolunun inşası 1883-cü ildə məhz A.Rotşildin verdiyi istiqrazların sayəsində başa çatdırılmışdı. Nəticədə o, Bakının neft müəssisələrinə güzəştli sahiblik hüququ əldə etdi. Bu dəmir yolu Rusiya nefti üçün Qərbə yol açmaqla yanaşı, dünya neft bazarları uğrunda uzun (təxminən 30 il) və amansız mübarizənin təməlini qoymuşdu. Təkcə 1884-cü ildə Zaqafqaziya dəmir yolu ilə təxminən 5,6 mln. pudluq müxtəlif neft məhsulları daşınmışdı.

A.Rotşild ömrünün son günlərinədək Bakı neft biznesini öz nəzarəti altında saxlamışdı. Vəfatından sonra isə Bakı ilə bağlı işlərlə onun kiçik qardaşı baron Edmont məşğul olmağa başladı. Bakı biznesindəki əsas simalardan biri dəneft müəssisələrinə, neftin və neft məhsullarının satışı və daşınmasına bilavasitə rəhbərlik edən «Rotşild qardaşları» Paris evinin baş mühəndisi Jorj Aron idi.

XIX əsrin 80–90-cı illərində Azərbaycanın neft sənayesində istehsalın təmərküzləşməsi prosesi güclənirdi:Rusiya üzrə bütün kerosinin 68%-ni(22,5 mln. pud) imperiyanın bütün zavodlarının təxminən 10%-ni təşkil edən 7 nəhəng zavod istehsal etmişdi:«Nobel qardaşları» şirkətinin zavodu– 10,7 mln., “Kaspiyskoye tovarişevstvo”– 3,5 mln., H.Z.Tağıyev – 2,4mln., Bakı neft cəmiyyəti – 1,7 mln.,A.Rotşild – 1,5 mln., M.Nağıyev – 1,5mln. və Ş.Əsədullayev – 1,2 mln.pud. Artıq 1890-cı ildə işıqlandırma üçün istifadə edilən bütün yağın¾ hissəsini (51 mln. pud) yalnız 13zavod (ümumi sayın təxminən 9%-i)istehsal edirdi ki, bunun da 17,9 mln.pudu «Nobel qardaşları»nın, 4,7mln. pudu isə Rotşildin zavodunun payına düşürdü. Daxili bazarı fəth etməyə can atan A.Rotşild Volqa boyu şəhərlərdə – Nijni Novqorodda, Samarada, Saritsında, Həştərxanda,həmçinin Baltikyanı, Belorus vəPolşa kimi ölkələrdə «Xəzər – Qaradəniz cəmiyyəti»nin kontorlarınıaçırdı. A.Rotşildin təsis etdiyi «Mazut» ticarət-nəqliyyat cəmiyyəti buregionlara neft məhsullarını su yolu ilə daşıyırdı. 1898-ci ildə «Mazut» təkcə Xəzər dənizində 13 tankeri olan nəhəng neft ixracat birliyinə çevrilmişdi.

Qeyd etmək lazımdır ki, 1883-cüildə Zaqafqaziya dəmir yolu salındıqdan sonra Bakı–Batum neft kəmərinin çəkilməsi ideyası ortaya çıxdı. İlkdəfə amerikalı Herbert Tvedl həm Abşeronda, həm də Qafqazda özünü təsdiqləmək məqsədilə Xəzər –Qara dəniz boru kəmərinin inşasını gerçəkləşdirməyə cəhd göstərdi.

Nefti gəmilərə yükləmək məqsədilə zavodlardan körpülərədək neft kəmərlərinin tikilməsinin zəruriliyi barədə görkəmli kimyaçı alimD.İ.Mendeleyev də yazmışdı. O,1863-cü ildən Bakı neft mədənlərinin iqtisadiyyatını və mövcud vəziyyətini öyrənirdi. 1877-ci ildə ABŞ-a gedən D.İ.Mendeleyev bu səfərinin məqsədini belə izah edirdi: «Amerikada neft işinin inkişaf səbəblərinivə bu işin bizdə niyə ləngidiyini öyrənmək, bu geriləmənin aradan qaldırmaq üçün nə etməyin lazım olduğunu müəyyənləşdirmək».

Bakı nefti və Abşeronda neftişinin inkişafı ilə maraqlanan D.İ.Mendeleyev (alim bir neçə dəfəBakıda olub) nəhəng sahibkarlararasında Xəzər – Qara dəniz neftkəmərinin tikilməsinə dair kəskinfikir ayrılığından xəbər tutandaməyusluğunu gizlətməmişdi: «Əgərmən indi Bakı sənayesinə dair məsələlərlə daha məşğul olmuramsa, bunun səbəbi Bakı – Batum neftkəmərindən imtina ilə, mənim şəxsifikrimə görə, Bakı nefti məsələsininrus sənayesinin inkişafı baxımındanarzuolunmaz istiqamətə yönəldilməsiilə bağlıdır». Alim Rotşildlərin vəN obellərin Qafqazda neft işinin inkişafındakı mühüm rolunu etirafedərək vurğulayırdı: «Bakıda yalnıziri zavod sahiblərinin texniki uğurlarqazanması mümkündür».

Neft kəmərinin tikilməsi ideyasınıs ənayeçilər arasında A.Rotşild, H.Z.Tağıyev, İ.P.İlimov və S.İ.Bağırov həqiqətən dəstəkləyirdilər. Belə ki,A.Rotşild bu məqsədlə Lion kredit  cəmiyyətinin Peterburq şöbəsinin 4%-li daxili istiqraz kağızlarına 1mln. rubl məbləğində girov qoymuş, həmçinin tikintinin layihəsinin hazırlanması üzrə görkəmli alim mühəndis V.Q.Şuxovun işlərini də maliyyələşdirmişdi («Kaspiy» qəzeti- 1888-ci il. №155). A.Rotşild Sankt-Peterburqa yazırdı: «Mənim ümidetməyə tam əsasım var ki, bizimgörmək istədiyimiz işə qoyulan kapitalgəlir gətirəcək və o, ölkədə sənayevə kommersiyanın inkişafına kömək göstərəcək».

Nəticədə diametri 200 mm, uzunluğu 885 km olan və 16 nasos stansiyasından ibarət, o dövr üçün ənuzun magistral boru kəməri sayılan Bakı - Batum boru kəməri 10 il ərzində tikildi. Kəmərin rəsmi açılışı 1907-ci il iyulun 24-də baş tutdu. Qəbul üzrə hökumət komissiyası kəmərin inşasında fəal iştirakına görə Rotşildə minnətdarlıq bildirmişdi. Bu boru kəmərini xüsusi nailiyyət kimi Parisdəki Eyfel qülləsi və Rusiyadakı Transsibir dəmir yolu ilə müqayisəedirdilər.

1900-cü ilin əvvəlində «Nobelqardaşları» şirkəti ilə Rotşildin«Mazut» birliyi neft məhsullarınınsatışı üzərində nəzarəti ələ keçirmək məqsədi ilə daxili bazarda yeritdikləri ticarət siyasətini razılaşdırmaq qərarına gələrək öz aralarında kartelsazişi imzaladılar. Yəni E.Nobel və A.Rotşild Rusiya kerosininin xaricibazara ixracı sahəsində səylərini birləşdirdilər. Koordinasiya edilmiş iqtisadi siyasət aparan «Nobmazut» Nobel – Rotşild karteli vargücü ilə Qafqaz neft bazarına nüfuz etməyə cəhd göstərən «Standart oyl» Amerika sindikatına qarşı uğurla müqavimət göstərirdi. 1906-cı ilinsonlarına yaxın «Nobmazut» Rusiyaimperiyasının bir çox regionlarındaanbarlar tikmişdi. Təbii ki,neft məhsullarının əsas və ən genişsaxlama sistemi Bakının özündəyaradılmışdı: 1900-cü ilədək buradaümumi tutumu 276,5 mln. puda çatantəxminən iki minədək müxtəlif anbar yerləşirdi.

Amerika neft şirkətləri ilə rəqabət aparan «Consolidated Petroleum» London neft cəmiyyəti «Nobmazut»un ümumi nəzarəti altında idi. «Nobmazut» beynəlxalq bazarlarda ingilis şirkətlərinin yeganə təmsilçisi idi. 1905-ci il razılaşmasına görə, ingilis şirkətləri «Nobmazut» unvasitəçiliyi olmadan Rusiyanın hərhansı rayonunda neft məhsullarını satmamaq öhdəliyi götürmüşdü, həmdə onlar bütün qalıq neft və kerosini Bakıdakı Nobel–Rotşild kartelinə təhvil verməli idi.

A.Rotşildin şirkəti uğurlu informasiya siyasəti qura bilmişdi. Operativ olaraq düzgün informasiya əldə edirdi. Həm Parisdə, həm də Bakıda Rotşildlərə iqtisadi və texniki hesabatlarla əsaslandırılmış dəqiq məlumatlar çatdırılırdı. Rusiyadaneft sahəsindən yaxşı xəbərdar olmaq Rotşildlərin mövqeyini təkcə Abşeronda deyil, həm də bütün Qafqazda (Qroznı, Maykop), həmçinin Çələkəndə möhkəmləndirirdi. Bunun nəticəsidir ki, xarici sahibkarlar arasında Bakı neftinə ilk olaraq fransız kapitalı (A.Rotşildin simasında),sonra da ingilis kapitalı (C.Vişauvə b.) nüfuz etdi. Əgər 1883-cü ildə A.Rotşildin ilkin kapitalı 1,5 mln. rubl olmuşdusa, 1912–1913-cü illərdə bu kapital 10 mln. rublu keçmişdi.

Bir məsələ də maraq doğurur. Sovet hakimiyyəti qurulduqdan sonra«Xəzər – Qara dəniz cəmiyyəti» və «Mazut» birliyinin milliləşdirilməsi haqqında Bakı kommunasının 2 iyun1918-ci il tarixli dekretinin Rotşildlərə birbaşa ziyanı olmamışdı, çünkionlar hələ 1912-ci ildə Rusiyadakı neft müəssisələrini «Royal Datç Şell»ingilis-holland trestinə (Amerikanın«Standart oyl» sindikatının əsas rəqibinə) sataraq əvəzində «Şell» şirkətinin sanballı səhm paketini əldə etmişdilər. Rotşildlər «Şell» firmasının Parisdəki bank müəssisəsinində sahibinə çevrilmişdilər. I Dünya müharibəsinin başlayacağı barədə düzgün informasiyası olan Rotşildlər Oktyabr inqilabına bir neçə il qalmış öz mövqelərini ingilislərə güzəştə getdilər. Artıq 1912-ci ildən Bakı neft sənayesində ingilis sahibkarlar liderlik etməyə başladılar.

Rotşild müəssisələrinin rəhbərləri həmçinin şəhər gimnaziya və kommersiya məktəblərinə qəyyumluq edir, Rusiyadakı yəhudi icmalarına səxavətlə maddi yardım göstərirdilər; məsələn, Bakıda Kaspiysk (sonra -L.Şmidt, 1991-ci ildən R.Behbudov) küçəsi–12 ünvanında yerləşən sinaqoqun nəzdində dördillik pulsuz təhsilverən kişi və qadın texniki sənətməktəbləri, həmçinin şənbə günləriaxşam sinifləri (hazırda bu binadaR.Behbudov adına Mahnı Teatrıyerləşir) fəaliyyət göstərirdi.

Deyilənlərdən də aydın olur ki,Rotşild qardaşları da Nobel qardaşları kimi Azərbaycan neft sənayesinin sürətli inkişafında müsbət rol oynamışlar.

Sonda qeyd edək ki, Rotşildlər də Nobel qardaşları kimi Rusiyada xeyriyyə fəaliyyəti ilə məşğul olurdular: belə ki, onlar təkcə Bakıda– Ağ şəhərdə və Bayılda məktəb tikintisinə, həmçinin gözəl binaların inşasına böyük məbləğdə vəsait ayırmışdılar. Hazırda həmin binalardan birində – Azərbaycan Dövlət İncəsənət Muzeyi (de Burun imarəti,əvvəlcə Sadovaya, sonra – Çkalov, hazırda – Niyazi küçəsi, ev 4;1891-ci lidə mühəndis N.A. fon der Nonne tərəfindən tikilib), digərində– Respublika Baş Prokurorluğu ( Kolyubakinskaya, sonra – YefimSaratovest, hazırda – Nigar Rəfibəyil küç.–13 ünvanında «Xəzər – Qaradəniz cəmiyyəti»nin baş kontorunun binası; binanı 1899-cu ildə mülki mühəndis K.B.Skureviç inşa edib) yerləşir.