"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Dərgimizin ilk buraxılışında siz neft və qazın necə əmələ gəldiyini, onların yaşayış üçün necə vacib olduğunu öyrəndiniz. Həmçinin neftdən gündəlik həyatımızda istifadə üçün bir çox mühüm əşyaların hazırlandığını da bildiniz. Mövzumuzun davamı olaraq bu gün sizə məşhur şairimiz İlyas Tapdıqın "Mən neftdənəm" şerini təqdim edirik.

Əziz uşaqlar!

Şəkil çəkirdi Sənəm,

Dil açdı birdən qələm:

– Bilirsənmi, ay Sənəm,

Neftdənəm mən, neftdənəm!

Evin zəngli saatı,

Telefon aparatı,

Stul, miz, ayaqaltı,

Qələmdan, şotka, daraq

Gəldi haray salaraq:

– Bilirsənmi, ay Sənəm,

Mən də,

Mən də neftdənəm!

Dinc durmadı kukla, şar,

Stolüstü lampalar,

Çiçək qabı, gülqabı,

Çörək qabı, külqabı,

Mücrü, sandıq, çamadan,

Sabun qabı, tozsoran...

Dedi: – Bil ki, ay Sənəm,

Mən də,

Mən də neftdənəm!

Zürafəyə üz tutdu

Balaca rezin çəkmə!

Dedi: – Özünü çəkmə!

Bilməmiş olmaz Sənəm,

Elə mən də neftdənəm!

Səsləndi şir, canavar,

Oyuncaqlar, kuklalar,

Fil də dedi : – Ay Sənəm,

Mən də, mən dəneftdənəm!...