"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Bizim gənc dostumuz! Jurnalın ötən nömrələrində biz sənə neft haqqında – onun necə yaranmasından və ondan kimyaçıların nə hazırladığından danışdıq. İndi isə sənə qaz haqqında və “neft” və “qaz” sözlərinin nəyə görə tez-tez yanaşı eşitməyimiz haqqında söhbət açaçağıq.




Təbii qas

Bizim gənc dostumuz! Jurnalın ötən nömrələrində biz sənə neft haqqında – onun necə yaranmasından və ondan kimyaçıların nə hazırladığından danışdıq. İndi isə sənə qaz haqqında və “neft” və “qaz” sözlərinin nəyə görə tez-tez yanaşı eşitməyimiz haqqında söhbət açaçağıq. 

 

Qaz necə yaranıb?


Milyonlarla illlər ərzində tələf olmuş canlı orqanizmlər dəniz dibinə çöküb elə şəraitə düşüblər ki, orada nə oksidləşmə nəticəsində parçalana (axı dəniz dibində hava və oksigen yoxdur) , nə mikroblar vasitəslə məhv edilə biliblər (orada mikroblar da yoxdur). Onların üzərinə yeni torpaq qatları lay-lay yığılıb, dünya okeanının çox yerləri quruya çevrilib. Yer qatının təzyiqi və yüksək temperaturun təsiri altında proseslər elə gedirdi ki, çöküntülərdə olan karbon karbohidrogen adlandırılan birləşmələr formasına keçdi. Karbohidrogenləri ona görə belə adlandırırlar ki, onların molekulları karbon və hidrogendən ibarətdir. Böyük molekullardan ibarət karbohidrogenlər - maye şəkilli maddələrdir, onlardan neft yaranıb. Kiçik molekullu karbohidrogenlər isə qaza çevrilib. Təbii qaz məhz bunlardan əmələ gəlib. Qazı da, nefti də  qurudan və dəniz platformalarından qazılmış quyular vasitəsilə əldə edirlər.

Qaz bizə nədən ötrü lazımdır?

 

Yəqin ki, bilirsən – qaz plitələrində yeməyin hazırlanması və kolonkalarda suyun qızdırılması üçün məhz təbii qazdan istifadə olunur. Amma onun istifadə olunduğu yerlər bununla bitmir. Təbii qazdan sənayedə də fəal şəkildə istifadə olunur – o, bir çox zavodlarda, məsələn, böyük metaləritmə sobalarında yanacaq rolunu oynayır. Qazdan elektrik stansiyalarında elektrik enerjisinin alınması üçün istifadə edirlir. Bundan başqa, təbii qazla avtomobil mühərriyi də işləyə bilər.

 

Bu hələ hamısı deyil. İndi ən gözlənilməz bir bilgi – qazdan bəzi məmulatların istehsalı üçün xammal kimi istifadə olunur! Məsələn, plastik kütlələrn, gübrələrin, dərmanların və hətta parçaların istehsalında!

 

Hətta, sənin sevimli oyuncağın da təbii qazdan istehsal edilmiş ola bilər! Qazdan çox əhəmiyyətli kimyəvi birləşmələr alınır, məsələn, ammonyak…. Eşitmisən? Ammonyak gübrə istehsalı üçün, bundan başqa – təbabətdə  dərman istehsalı üçün istifadə olunur. Təbii qaz başqa kimyəvi maddələrlə birləşərək, sintetik parçaya və ya plastik kütləyə çevrilə bilər.

 

Məsləhətlərimiz

 

İndi isə biz sənə bir neçə məsləhət verəcəyik ki, biləsən,  fövqəladə hallarda uşaqlar özlərini necə aparmalıdır.

Əgər sən qaz qoxusu hiss edirsənsə

Əgər sən qaz qoxusu hiss edirsənsə, ilk növbədə pəncərələri açaraq, mənzilin havasını dəyiş. Sonra plitəni yoxlamaq lazımdır – odluqlar açıq deyildir ki? Əgər odluqlar açıqdırsa -  söndür və ya bağla. Əgər qaz kolonkası varsa, yoxlamaq lazımdır, ondakı od sönməyib ki? Əgər kolonka qoşulub, amma od yoxdursa – onu bağla. Heç bir halda od yandırma və işığı qoşma, əgər qaz axıntısı varsa – partlayış ola bilər. Sonra qaz xidmətini çağırmaq lazımdır – "104"-ü yığ (şəhər və mobil telefonla eyni nömrəni yığ). Daha yaxşı olar ki, bunu qonşudan edəsən,  çünki hətta telefon aparatının yaratdığı kiçik qığılcım partlayışla nəticələnə bilər.

 

Özünü qoru, dostum, biz səni sevirik!