"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

2013-cü il mayın 10 - da böyük  ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd edildi.







BU, QURUCULUQ və TƏDQİQAT İLLƏRİ İDİ

 Heydər Əliyevin adı Azərbaycan Respublikasının neft sənayesi tarixinə əbədi həkk olunmuşdur. Ümummilli liderimiz tərəfindən işlənib hazırlanmış yeni neft strategiyası Azərbaycanın müasir  dünyanı enerji ehtiyatları ilə təchiz edən dövlətlər arasında layiqli yer tutmasına imkan yaratdı. Biz daim xatırlayacağıq ki, yeni neft strategiyası mahiyyət etibarilə bir çox irimiqyaslı, unikal layihələrin reallaşdırılmasının nəticəsidir və bu layihələrin həyata keçirilməsi uzun illər Heydər Əliyevin lider olduğu respublikanın rəhbərliyindən böyük cəsarət və gərgin zəhmət tələb edirdi.

Jurnalımızın bu sayında dərc olunan bir sıra arxiv şəkilləri bizə Heydər Əliyevin hələ sovet dövründə Neft Daşlarına səfərlərini, mədənlərdə neftçilərlə görüşlərini xatırladır. Həmin illərdə Leonid Brejnev kimi yüksək səviyyəli rəhbərlərin respublikaya gəlişinə nail olmaq çox  çətin idi, lakin Heydər Əliyev bir neçə dəfə bunu bacarmışdı. Onun irəli sürdüyü planların həyata keçirilməsinin məqsədəuyğunluğunu inandırıcı şəkildə, arqumentlərlə sübut etmək istedadı vardı.

Elə ilk fotoşəklə diqqətlə baxmaq kifayətdir ki, Heydər Əliyevin həqiqətən də fədakar bir peşənin sahibi olan neftçilərə  necə dərin məhəbbət və hörmətlə yanaşdığını görəsən.  Dövlət başçısının Neft Daşlarında dəniz neftçilərinə abidə qoymaq təşəbbüsü ilə çıxış etməsi  və şəxsən abidənin fundamentinə ilk daşı qoyması onun zəhmətkeş insanlara – Azərbaycan neftçilərinə münasibəti haqqında çox şey deyir. O, dəniz neftçisinin dəbilqəsini soyuqdan qorunmaq üçün deyil, dəniz fatehləri ilə qardaşlığını göstərmək üçün geyinirdi.

Neft yataqlarında kəşfiyyat işləri və hasilatla bağlı məsuliyyətli qərarlar qəbul edərkən Heydər Əliyev bu sahənin mütəxəssisləri ilə məsləhətləşir, tədqiqatların nəticələri ilə tanış olur, praktiklərin fikrini öyrənirdi. Müstəqil Azərbaycan Respublikasının çiçəklənməsinə və inkişafına yol açmış yeni neft strategiyası, sözsüz ki, zəngin karbohidrogen ehtiyatlarına və kifayət qədər inkişaf etmiş neft sənayesi infrastrukturuna malik bir ölkənin rəhbəri vəzifəsində həyata keçirilən məhsuldar yaradıcı fəaliyyətin nəticəsi kimi meydana çıxmışdır.