"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

İnsanların əməyə həvəsləndirilməsi üçün şüar və çağırışların səsləndirildiyi, təmtəraqlı tədbirlərin keçirildiyi dövrlərdə müxtəlif məruzələrin dinlənilməsi, alqışlanması və hətta hansısa hadisənin şərəfinə mahnıların oxunması adət halını almışdıю




Xəzər neftçilərinin himnini

İnsanların əməyə həvəsləndirilməsi üçün şüar və çağırışların səsləndirildiyi, təmtəraqlı tədbirlərin keçirildiyi dövrlərdə müxtəlif məruzələrin dinlənilməsi, alqışlanması və hətta hansısa hadisənin şərəfinə mahnıların oxunması adət halını almışdı. Bu mahnıları istedadlı şairlər və bəstəkarlar bəzən sifarişlə, bəzən də səmimi-qəlbdən yaradırdılar. Ölkədə peşə bayramlarının dövlət səviyyəsində qeyd olunduğu zamanlarda belə mahnılara daha çox ehtiyac duyulurdu. Həmin bəstələr sonralar rəsmi tədbir çərçivəsindən çıxır,

Azərbaycan neftçilərinin bəxti xüsusilə gətirmişdi: Xəzərin neft sərvətlərinin mənimsənilməsinə başlanıldığı illərdə insanların böyük ruh yüksəkliyi ilə işləməsi sənətkarlara da ilham verirdi. O dövrdə incəsənət aləminin iki görkəmli korifeyi – Mixail Svetlov və Qara Qarayev Xəzər fatehlərinin şərəfinə bir mahnı yazdı. Bəstəkarın məharətlə istifadə etdiyi janr xüsusiyyətləri, dramatiklik və incə lirizm, milli musiqi çalarları ilə birlikdə yeni əsərə marş xarakteri vermiş, sənətkarların mahnının mövzusuna və qəhrəmanlarına necə böyük

 “Xəzər neftçilərinin nəğməsi” adlanan bu əsər unudulmaz Rəşid Behbudovun repertuarına həmişəlik daxil olmuş, Müslüm Maqomayevin təntənəli, eyni zamanda lirik ifasında dəfələrlə səslənmişdi. Bu nəğmə hətta təmtəraqlı qurultayların, məruzələrin, pafoslu tədbirlərin həyatımızdan çıxdığı günlərdə də çoxminli auditoriya qarşısında sevilə-sevilə ifa olunan bir musiqi abidəsinə çevrilmişdir. Mahnı o qədər təbiidir ki, Azərbaycanın, onun paytaxtı Bakının hər bir sakininin təsəvvüründə dəniz neft yataqlarının mənimsənilməsi üçün soydaşlarımızın göstərdiyi əzmkarlığın tam mənzərəsini yaradır.  Təəssüf ki, bu gün “Xəzər neftçilərinin nəğməsi” efirdə səslənmir. Amma neft sənayesi yaşayır, inkişaf edir və xalqa xidmət göstərir, “qara qızıl” hasilatı genişlənir, “Əsrin müqaviləsi” və digər layihələr uğurla yerinə yetirilir, ölkəmizin iqtisadi qüdrətini möhkəmləndirir. Azərbaycan üçün vacib olan bu sahədə fədakar əməyi ilə müstəqil Vətənimizin rifahına töhfə verən  minlərcə neftçi çalışır. Niyə biz bu görkəmli əsəri yenidən canlandırmayaq, onu neftçilərin himninə çevirməyək? Qoy zəmanəmizin qəhrəmanlarına – Xəzər neftçilərinə həsr olunmuş bu gözəl sənət əsəri ən məlahətli səs sahiblərinin ifasında dünyanın hər yerində səslənsin.

Dəniz neftçiləri

 

Mus.: Qara Qarayev

Söz.: Mixail Svetlov

Tərcümə: Hikmət Ziya

 

I bənd

Mərdlikdən verir xəbər

Səsi nəğməmizin,

İrəli gedir Bakı, irəli gedir Bakı

Qoynuna dənizin.

 

Nəqarət

Bakı, sən ucalt neft buruqlarını,

Bəzə hər yanı sərvətinlə.

Hər bir bakılının vurur ürəyi

Sənin saf məhəbbətinlə.

 

 II bənd

Dalğalıdır hər tərəf,

Görünmür neftdən iz.

Biz onu su altından (2 dəfə)

Taparıq, şübhəsiz.