"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Sentyabrın 15-də Bakı İstedadlar Təhsil Kompleksi qapılarını 1-5-ci sinif şagirdlərinin üzünə açacaq.





Nobel laureatları hazırlayan məktəb

Hər bir valideyn övladının uğurları və nailiyyətləri ilə fəxr etmək istəyir, buna görə də onların övladlarına keyfiyyətli təhsil vermək arzusu təbiidir. SOCAR-ın təsis etdiyi “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin nəzdində fəaliyyət göstərən Bakı İstedadlar Təhsil Kompleksi bu arzunun həyata keçməsi üçün təminat yaradır. Yeni təhsil müəssisəsi Səbail rayonunda SOCAR-ın Salyan şossesindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. 

MDB-nin ən iddialı təhsil layihələrdən sayılan bu kompleksdə dərslər xüsusi proqram üzrə keçiriləcəkdir.  Kompleksdə hovuzu olan komfortlu idman kompleksi, yataqxana, elmi laboratoriyalar, təsviri sənət mərkəzi, konfrans zalı, videozal, teatr studiyası və fitnes zalı fəaliyyət göstərir.  

Təhsil kompleksində 90 uşaq üçün nəzərdə tutulmuş yeni tipli bağça diqqəti xüsusi cəlb edir. Bu bağçanın təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunur. Balacalara dil və riyaziyyatın əsasları əlvan, teatrlaşdırılmış, yaddaqalan şəkildə öyrədilir. Təhsil kompleksinin xüsusi nəqliyyat vasitələri uşaqların xidmətinə verilmişdir. Müasir avadanlıqla təchiz olunmuş mətbəxdə uşaqlar və müəllimlər üçün gündə üç dəfə Azərbaycan və Avropa mətbəxinin ləziz yeməkləri hazırlanır. Təhsildə olduğu kimi yeməklərin və xidmətlərin də yüksək keyfiyyəti təmin olunmuşdur. Uşaq bağçası səhər saat 7.30-dan axşam saat 18.00-a kimi işləyir. Əsas kontingent 3-4 yaşlı uşaqlardır. 5 yaşlılar isə birinci sinfə hazırlıq kursu keçirlər. Məktəbdə dərslər 8.45-də başlayır, 15.30-da bitir.  

Kompleksin direktoru Qrem Pollok deyir ki, mərkəzin ideologiyasının əsasında yerli ənənələrin nəzərə alındığı Britaniya təhsil modeli durur. Uşaqların erkən təhsilinə, bağça yaşlarından başlayaraq fiziki və zehni inkişafına xüsusi diqqət yetirilir. Bu, gözəl nəticə verir. Uşaqlar iki dildə oyun formasında təqdim olunan bilikləri asan qavrayırlar. Erkən təhsil modeli təhsilin keyfiyyətcə yaxşılaşmasına imkan yaradır. Mərkəzdə dərslər 150 ölkədə qəbul olunmuş və bütün beynəlxalq standatlara cavab verən  IGCSE A level proqramı üzrə keçirilir.  

Qrem Pollok və onun məktəbdə baş ingilis dili müəllimi işləyən həyat yoldaşı Bronvin əslən Yeni Zelandiyadandırlar. Qrem Pollok Yeni Zelandiyanın məktəblərində dərs demiş, Vellinqtondakı məktəblərdən birində direktor olmuşdur. O, UNESCO-nun xətti ilə Samoa, Küveyt, Liviya, Bəhreyn, Səuddiyyə Ərəbistanındakı təhsil mərkəzlərinə rəhbərlik etmiş, Ər-Riyaddakı kral məktəbində məsləhətçi-müəllim kimi çalışmışdır. Liviyada və Səudiyyə Ərəbistanında onun təşəbbüsü ilə təhsil mərkəzləri təsis olunmuşdur. Pollokun rəhbərlik etdiyi məktəblərin məzunları asanlıqla Avropa universitetlərinə və kolleclərinə daxil olurlar. O, deyir ki, əsas məqsədləri hərtərəfli inkişaf etmiş insanlar yetişdirmək, onların seçdikləri peşə sahələrində lider olmasına zəmin yaratmaqdır.

2014-cü ildən etibarən Bakı İstedadlar Təhsil Kompleksinə yuxarı sinif şagirdlərinin də qəbulu başlayacaqdır. Azərbaycanın müxtəlif bölgələrindən ən istedadlı şagirdlər seçilib, buraya cəlb olunacaq, onların təhsil haqqı SOCAR tərəfindən ödəniləcəkdir. Arzu edənlərə tədris ili müddətində mərkəzdə yaradılmış kampusda yaşamaq imkanı veriləcəkdir. Burada onlar üçün hər cür şərait yaradılacaq, uşaqlar yeməklə, müxtəlif xidmətlərlə  təmin olunacaq, asudə vaxtlarını maraqlı keçirmək üçün imkan əldə edəcəklər.