"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Baki Ali Neft Məktəbi gələcəyə körpüdür.





Baki Ali Neft Məktəbi gələcəyə körpüdür

Baki Ali Neft Məktəbi gələcəyə körpüdür Ölkəmizin ən gənc ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbi  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə ARDNŞ-nin struktur bölməsi kimi yaradılmışdır. Bu məktəbin yaradılmasında məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı təmin etmək, SOCAR-ın Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaqdır.  2012-ci il sentyabrın 15-də ARDNŞ prezidenti Rövnəq Abdullayevin və Şirkət rəhbərliyi təmsilçilərinin iştirakı ilə Bakı Ali Neft Məktəbində ilk tədris ilinin başlanması münasibəti ilə mərasim keçirilmişdir. BANM-nin tələbə və müəllim heyətini “Bilik günü” münasibəti ilə təbrik edən ARDNŞ prezidenti Rövnəq Abdullayev ali təhsil ocağının ən müasir avadanlıqlarla, o cümlədən interaktiv lövhələr, multmediya proyektorları, kompyuterlər və periferiya vasitələri ilə təchiz olunduğunu söyləmiş, tələbə adına layiq görülmüş gənclərə təhsillərində uğurlar arzulamışdır. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məlumat vermişdir ki, məktəbə birinci qəbul “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə aparılmışdır. Tələbələrin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış imtahanlarda 600-dən artıq bal toplamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən, 2012/2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş 102 nəfər sırasında Bakı Ali Neft Məktəbinin 11 tələbəsi də Prezident təqaüdünə layiq görülmüşdür. Mərasimdə qeyd olunmuşdur ki, tədris ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. Mərasimdə iştirak edən Heriot-Vatt Universitetinin rektoru, professor Stiv Çapman bildirmişdir ki, BANM-da Heriot-Vatt Universitetinin tədris proqramları tətbiq olunur və bunun nəticəsi olaraq gələcəkdə məzunlara ikili diplom veriləcəkdir. Tədris prosesinə eyni zamanda müxtəlif xarici ölkə universitetlərinin professor və müəllim heyəti cəlb olunacaqdır. Bakı Ali Neft Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələridir. Bu məqsədlə məktəbin tələbələri SOCAR-ın müxtəlif müəssisələrində təcrübə keçirlər. Şirkət Ali Neft Məktəbinin yataqxanaya ehtiyacı olan tələbələrini yüksək səviyyədə inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş yataqxana ilə təmin etmişdir. Eyni zamanda, Məktəbin hər tələbəsinə 100 manat məbləğində təqaüd də verilir. Hazırda BANM-də Heriot-Uatt Universitetinin tədris proqramı əsasında bakalavriatdan əvvəlki hazırlıq həyata keçirilir. Tələbələr bir il ərzində “inglis dili” və “kompyuter və informasiya texnologiyaları” fənnlərini  yüksək səviyyədə  öyrənirlər. Tədris prosesi  kompyuter, multimediya və internet – texnologiyalarının  tətbiqi ilə həyata  keçirilir. Növbəti tədris ilində ixtisaslar üzrə inglis dilində mütəxəssis hazırlığına başlanılacaqdır. Fəaliyyəti dövründə məktəbin tələbələri Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, transmilli neft-qaz şirkətlərinin rəsmiləri, eləcə də Azərbaycana səfər etmiş alimlər və digər yüksək ranqlı qonaqlarla çoxsaylı görüşlər keçirmişlər. Bu görüşlərdə məktəbin müxtəlif təhsil layihələri çərçivəsində xarici dövlətlərin ali təhsil ocaqları ilə əməkdaşlığa hazır olması xüsusi vurğulanır. Bakı Ali Neft Məktəbi Azərbaycanın günü-gündən yüksələn neft sənayesinin sabahkı menecerlərini hazırlamaqla məşğuldur. Buna isə dünya neft sənayesinin müasir nailiyyətlərini.