"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Arxeoloji və etnoqrafik tədqiqatlar göstərir ki, Azərbaycanda ipəyin tarixi Böyük İpək yolunun meydana çıxması ilə sıx bağlıdır. 

 


Кəlağayı

Azərbaycan şairlərinin bir çox əsərlərində ipək hökmdarlara layiq parça kimi xatırlanıb, ən zərif hisslər, ən yaxşı insani keyfiyyətlər, qadın gözəlliyi ipəyə bənzədilib. Bu da təsadüfi deyil. Emal olunmuş ipək təbiətinə görə müstəsna xüsusiyyətləri ilə fərqlənir. İpək sap çox incə, amma eyni zamanda çox davamlıdır, yüngüldür, hava kimidir, amma ondan toxunmuş parçalar qalın, ağır və sərt ola bilir. İnanmaq çətindir, amma ipək soyuqda adamı isidir, istidə sərinlədir, çürümür, uzunömürlüdür və möhkəmdir. 

İpək parça rəngdən-rəngə keçməsi, bir qədər tutqun parlaqlığı ilə göz oxşayır, insana rahatlıq gətirir, xışıltısı isə hissləri oyandırır, xəyallara qanad verir. 

Geyimdə və interyerdə ipəkdən istifadə olunması incə zövq və firavanlığın əlamətidir. 

Azərbaycanda ipəkdən hazırlanan məmulatların içərisində kəlağayı xüsusi yer tutur. 

Bu kvadratşəkilli ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir və həyatda baş verən hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Baş örtüyünün kəlağayıya çevrilməsi üçün bu şərtlər vacibdir. Kəlağayı həm də böyük etik-estetik potensiala malik bir simvoldur. O, Azərbaycan qadınları üçün qədim ənənələrlə müasirliyin ahəngdar vəhdətini yarada bilən tarixi bir yadigardır, milli irsin əbədiyaşar örnəyidir. İndi kiçik ölçülü kəlağayıları boyuna bağlayır, çantalara da taxırlar. Kəlağayı yenə də, yüzilliklər öncə olduğu kimi, insanlara sevinc bəxş edir. “SOCAR plus” jurnalının bayram sayı üçün də məhz bu modeldə əl işi olan kəlağayı hazırlanmışdır. Bu unikal nüsxə sizindir. Onu naxışlı kəlağayıların vətənində – qədim Basqalda nəslən kəlağayıçı olan ustalar hazırlamışlar. Sağlıqla istifadə edin və xoşbəxt olun!