"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 

 


22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

“Avrasiyanın enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” adlı plenar sessiyada məruzə ilə çıxış edən Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev ölkəmizin neft-qaz siyasətindən danışmış, reallaşdırılan beynəlxalq layihələr barədə məlumat vermişdir. Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanoş Pexoçinskiy, Türkiyə Respublikasının enerji və təbii sərvətlər nazirinin müavini Səfa Sadiq Aytekin, Böyük Britaniyanın Azərbaycan üzrə ticarət nümayəndəsi Çarlz Hendri salamlama nitqi ilə çıxış etmiş, konfransın əhəmiyyətindən danışmışlar. “Beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunan ikinci plenar sessiyaya sədrlik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışmış, aşkar edilmiş yeni neft-qaz yataqları, şaxələndirilmiş neft-qaz kəmərləri sistemi, enerji sektoruna yatırılan sərmayələr, eləcə də işlənilən yataqlarda hasilatın stabilliyinin uzun müddət saxlanılması və artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Rövnəq Abdullayev qeyd etmişdir ki, SOCAR bu gün Azərbaycanda müşahidə olunan genişmiqyaslı sosial-iqtisadi yüksəlişin önündə gedir. İlbəil böyüyən, genişlənən və nüfuzunu artıran, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə diqqəti cəlb edən şirkət bundan sonra da Azərbaycanın daha yüksək və sürətli inkişafına, regional və qlobal əməkdaşlığın genişlənməsinə, bütün dünyada enerji təhlükəsizliyinin möhkəmlənməsinə yönəlmiş missiyasını layiqincə davam etdirəcəkdir. Sessiyada “bp”, “Schlumberger”, TAP, “Botaş” şirkətlərinin nümayəndələrinin də məruzələri dinlənilmişdir. Konfransda “Neft və qaz sektorunda böyük sənaye layihələrinin maliyyələşdirilməsi və inkişafının təmini”, “Xəzəryanı regiondan neft-qaz təchizatının diversifikasiyası”, “Enerji ehtiyatları bazasının genişləndirilməsi – alternativ imkanların açılması”, “Qazma və istehsalat texnologiyaları”, “İnsan resursları və biznes proseslərinin səmərəliliyi”, “Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi”, “Azərbaycanda neft emalı və neft-kimya sənayesinə baxış və inkişaf perspektivləri” mövzuları ətrafında da geniş müzakirələr
aparılmışdır.