"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Bu ilin mayında 1941–45-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ölkəmizdə təntənə ilə qeyd olundu. 

 


Heç kim unudulmur, heç nə yaddan çıxmır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “1941–1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq Dövlət Neft Şirkətində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda keçirilən təntənəli mərasimdə müharibə veteranı görkəmli neftçi-alim Əbdülağa Cavadov şirkətin qonağı oldu.

Əbdülağa müəllim 1941-ci ildən başlayaraq II Dünya müharibəsinin iştirakçısı olmuş, müharibənin son günlərinə kimi qəhrəmanlıqla döyüşlərdə iştirak etmişdir. 1954-cü ildə Ali Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirərək “Balaxanıneft”-də geoloq kimi əmək fəaliyyətinə başlamışdır. İstehsalatda işlədiyi dövrdə 1962-ci ildə geologiya sahəsində namizədlik, 1970-ci ildə isə doktorluq elmi işini müdafiə etmişdir. 1981–86-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Geologiya, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrasının rəhbəri, professor vəzifəsində çalışmışdır. 120-dən artıq elmi işin müəllifi, 12 elmlər namizədinin rəhbəri olmuşdur.

Tədbirdə iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev çıxışında Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən danışdı, müharibənin qələbə ilə başa çatmasında Bakı neftçilərinin misilsiz rolundan bəhs etdi. SOCAR prezidenti gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolu olan veteranları təbrik etdi, onlara uzun ömür, cansağlığı arzuladı. Sonra görkəmli neftçi-alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirildi. Filmdən sonra çıxış edən Əbdülağa Cavadov yüzlərlə azərbaycanlı oğul və qızların ön və arxa cəbhələrdə qəhrəmancasına döyüşdüyünü, düşmənə əzmlə sinə gərərək Vətənin müdafiəsində mərdlik və rəşadət nümunələri göstərdiklərini söylədi, döyüş xatirələrindən danışdı. Əbdülağa Cavadov veteranlar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi.