"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Аzərbаycаn zəngin nеft sərvətləri кimi, bаcаrıqlı nеftçiləri ilə də həmişə fəхr еdib. Keçmiş Sоvеtlər Birliyinin son, müstəqilliyimizin ilk illərində iqtisadiyyatın bütün sahələrində yaranan böhran yeni kadrlara tələbatın azalmasına səbəb oldu.




Peşəkar addımı ilə

Ağıldır hökm edən göyə, torpağa”.
Məmməd Araz

Аzərbаycаn zəngin nеft sərvətləri кimi, bаcаrıqlı nеftçiləri ilə də həmişə fəхr еdib. Keçmiş Sоvеtlər Birliyinin son, müstəqilliyimizin ilk illərində iqtisadiyyatın bütün sahələrində yaranan böhran yeni kadrlara tələbatın azalmasına səbəb oldu. Bu da istehsalatda nəsillərarası bağların qırılması, təcrübə və yeni ideyalar mübadiləsinin pozulması, orta yaş həddinin artması ilə nəticələndi. Azərbaycanda bu vəziyyət təxminən 10 il davam etdi.

1994-cü ildən başlayaraq bizim neft sənayesində tərəqqi mərhələsi başladı. Sahənin kadr təminatı aktual vəzifəyə çevrildi. Yaşlı nəslin təcrübəsindən bəhrələnmə, istedadlı və perspektivli gənclərin neft sənayesinə cəlb edilməsi tələb olunurdu. Bütün bunları nəzərə alaraq ARDNŞ-nin gənclərlə bağlı strategiyası müəyyən edildi. ARDNŞ-nin kadrlar, rejim və İT (informasiya texnologiyaları) üzrə vitse-prezidentinin müşaviri Asif Şəfəqqətovun bizə dediyinə görə, strategiya bir neçə proqramdan ibarətdir. Bu proqramlar orta məktəb və texniki-peşə məktəblərinin şagirdlərini, vətən və xarici ali məktəb tələbələrini əhatə edir.

Gənclərin peşə və ixtisas seçiminin uşаq yaşlarından formalaşdığı nəzərə alınaraq, onların mühəndis ixtisaslarına həvəsləndirilməsi məqsədilə 2005/2006-cı tədris ilindən orta məktəblərin şagirdləri ilə mütəmadi görüşlər, viktorina və olimpiadalar keçirilir, istеdаdlı şagirdlərin bеynəlхаlq fənn və lаyihə оlimpiаdаlаrındа iştirакınа mаliyyə dəstəyi göstərilir, 2007-ci ildən etibarən hər il Ba­kıda məktəblilər arasında INEPO – Avrasiya Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası təşkil edilir və s.

ARDNŞ-də çalışan işçilərin 65%-dən çoxunu fəhlələr təşkil edir. Odur ki müasir tələblərə cavab verən fəhlə kadrların hazırlanması məqsədi ilə 2005-ci ildən şirkətin təlim-tədris mərkəzində (TTM) bu istiqamətdə fəal və məqsədyönlü iş aparılır. Ötən müddətdə mərkəzin maddi-texniki bazası və təhsil-təlim texnologiyaları təkmilləşdirilmişdir. TTM, fəaliyyətinin yüksək standartlara uyğunluğunu təsdiq edən beynəlxalq sertifikatlara layiq görülmüşdür. Buraya şagird qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Hər il minlərlə gənc neftçi peşəsinə yiyələn­mək üçün bu müsabiqələrdə iştirak edir. Burada təhsil alanların hamısı şirkətdə işlə təmin edilir.

2005-ci ildən müsabiqə əsasında ölkəmizdə təhsil alan  ali məktəb tələbələrinə ARDNŞ təqaüdü verilir. Müsabiqənin əhatə dairəsi ildən-ilə genişlənir. 2010/2011-ci tədris ilinin nəticələri üzrə keçirilən 11-ci təqaüd müsabiqəsində iştirak etmək üçün rekord sayda – 1928 tələbə (18 ali məktəbdən) sənəd vermişdir. Həmin müsabiqədə 200 tələbə ARDNŞ təqaüdçüsü seçilmişdir. Təhsilini ARDNŞ təqaüdü ilə başa vuran məzunlara şirkətdə ixtisaslarına uyğun iş təklif olunur. Son 2 ildə bu yolla 88 məzun işə qəbul edilib. Eyni zamanda 18 təqaüdçü bakalavriatı bitirdikdən sonra ARDNŞ-nin maliyyə dəstəyi ilə xarici universitetlərin magistraturasında təhsil alır.

2009-cu ilin yanvar ayından başlayaraq ARDNŞ-nin Gürcüstan nümayəndəliyi də Gürcüstan Respublikasının ali təhsil müəssisələrində gürcü dilində təhsil alan 111 istedadlı azərbaycanlı tələbəyə təqaüd ayırır.

Prеzidеnt İlhаm Əliyеvin tаpşırığınа əsаsən, 2006-cı ildə gənclərin nüfuzlu xarici universitetlərdə şirkətə tələb olunan ixtisaslar üzrə təhsilini təşkil etmək məqsədi ilə ARDNŞ-də Təqaüd Proqramına başlanıldı. İndiyədək bu proq­rama 177 gənc cəlb olunmuşdur. Hazırda 135 təqaüdçü təhsilini davam etdirir. Bu proqramın 42 iştirakçısı artıq təhsilini müvəffəqiyyətlə başa vuraraq vətənə qayıdıb və ARDNŞ-nin müxtəlif strukturlarında çalışır. Onlar Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Rusiya və s. ölkələrin nüfuzlu ali məktəblərinin məzunlarıdır.

ARDNŞ-də gənc kadrlar üçün geniş və çoxşaxəli sosial güzəştlər sistemi işlənib hazırlanmışdır. Belə ki, şirkətdə işə qəbul olunduqdan sonra onların mənzillə təminatı üçün imkanlar yaradılır. Şirkətin kadr hazırlığı proqramının icrasında ödənişli yay təcrübəsi, yay məktəbi və bu kimi yeni forma və üsullar tətbiq olunur.

A. Şəfəqqətovun dediyinə görə, tələbələrin təhsil müddətində istehsalatla yaxından tanış olması, əmək vərdişlərinə yiyələnməsi məqsədilə 2010-cu ildən etibarən ARDNŞ-də ödənişli yay təcrübəsi proqramı təşkil olunur. 2011-ci ilin yay təcrübəsi çərçivəsində bakalavriatın 2, 3, 4 və magistraturanın 1 və 2-ci kurslarını bitirmiş 226 tələbə 1 və ya 2 aylıq ödənişli təcrübə keçmək üçün ARDNŞ-nin müvafiq müəssisələrində müvəqqəti işə qəbul olunmuşdur.