"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Bu il Bakı bir sıra Avropa və dünya miqyaslı tədbirlərlə birlikdə 47-ci Beynəlxalq Kimya Olimpiadasına da ev sahibliyi etmişdir.

 


Beynəlxalq Kimya Olimpiadası

Olimpiada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilmişdir. SOCAR bu tədbirin sponsoru olmuşdur. Gənclərə biliklərini sınamaq üçün parlaq imkan yaradan 47-ci Beynəlxalq Kimya Olimpiadasında 75 ölkədən 292 gənc iştirak etmişdir. Olimpiadanın prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva açılış mərasimindəki çıxışında gənclərə müvəffəqiyyət arzulamış, uğurlu gələcəyin safqəlbli və aydın zəkalı insanlardan – alimlər ordusundan asılı olduğunu demişdir. İyulun 20-dən 29-dək davam edən bu böyük müsabiqədə yaşı 20-yə qədər olan yeniyetmələr biliklərini sınamışlar. Olimpiada Moskva Dövlət Universitetinin Bakı filialında keçirilmişdir. Elm və tədris bazasını durmadan gücləndirən bu təhsil ocağında ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları yaradılıb. Hazırda Bakı filialının kimya fakültəsi ölkədə bu sahə üzrə ən güclü tədris mərkəzlərindən biri sayılır.