SOCAR-ın kadr hazırlığı proq-ra-mında tələbələrin və gənc mü-tə-xəs-sis-lə-rin təcrübi biliklərinin artırılmasına xü-susi diqqət ayrılır.
Ödənişli yay təcrübəsi
Şirkətin İnsan Re-sursları Departamenti bu məqsədlə 2010-cu ildən etibarən “Ödənişli yay təc-rübəsi” layihəsini həyata keçirir. Hər il Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali mək-təb-lərində neft-qaz, neft-qaz qurğu-la-rı, qazma, geofizika, geologiya, pro-ses-lə-rin avtomatlaşdırılması, kompüter, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energe-tika, iqtisadiyyat və proqramçı ix-tisasları üzrə təhsil alan Azərbaycan və-tən-daşları bu layihə çərçivəsində yay istehsalat təcrübəsinə cəlb olunur, neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərini artırır, real iş şəraiti ilə yaxından tanış olur, həmçinin SOCAR haqqında daha dolğun in-for-masiya toplayırlar. Yay təcrübəsi tə-ləbənin istəyindən asılı olaraq 1 və ya 2 ay müddətində davam edir. Proq-ra-mın şərtlərinə əsasən, tələbələrlə həmin müddətə müvəqqəti əmək mü-qaviləsi bağlanır və onlar ən aşağı də-rəcəli mütəxəssis vəzifəsində işə qə-bul olunaraq əməkhaqqı alırlar. 2010-cu ildən etibarən bu proqrama qoşulmaq üçün 3827 nəfər müraciət etmiş və 1061 nəfəri təcrübə keçmək üçün seçilmişdir. Builki “Ödənişli yay təcrübəsi” layihəsi üzrə müsabiqəyə ölkə daxilində və xaricdə fəaliyyət gös-tərən 80 ali məktəbdən 1023 nəfər tə-ləbə müraciət etmişdir. 203 nəfər tə-ləbə təcrübə layihəsinə qəbul olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, onların 86 nəfəri SOCAR-ın tə-qaüdçüləridir.