"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Səmərəli yay proqramlarında ye-ni-yet-mələr də kənarda qalmır.
SOCAR və Almaniyanın E.ON şirkətinin 12–13 yaşlı uşaqlar üçün birlikdə təş-kil etdikləri yay düşərgələri xoş bir ənənə-yə çevrilir.

 


Azərbaycanlı məktəblilər Almaniyada

Bu il iyunun 14-dən 28-dək SOCAR əməkdaşlarının mü-sabiqədən keçmiş övladları üçün “Al-maniyanın dadı” (Taste of Germany) adlı növbəti yay düşərgəsi keçirilmişdir. Yay düşərgəsinin birinci həftəsi Şi-mali Reyn-Vestfaliya əyalətində, ikin-ci həftəsi isə Münhen şəhərində baş tutmuşdur. Şagirdlər Düsseldorf, Es-sen, Köln, Düysburq, Bonn və Hagen şə-hərlərinə səyahət etmiş, bir sıra muzeylər, tarixi abidələr və əyləncə mər-kəzləri ilə tanış olmuşlar. Məşhur Köln kilsəsi və “Düsseldorf Turm” teleqülləsi azərbaycanlı məktəblilərin marağına səbəb olmuşdur. Şagirdlər E.ON şirkətinin Essen şəhərindəki ofisini ziyarət etmiş, onlar üçün E.ON haq-qında təqdimat ke-çi-rilmişdir. Sonra proqram iştirakçılarına müxtəlif hədiyyələr verilmişdir. Frankfurt şəhərində SOCAR-ın Almaniyadakı nümayəndəliyində isə şagirdlərə şir-kətin fəaliyyəti haqqında məlumat ve-rilmişdir. Frankfurtdan Münhenə yola düşən şagirdlər bir həftə boyunca Ba-variya əyalətinin bir çox görməli yer-lərində olmuş, maraqlı məlumatlar əldə etmişlər. Almaniya ilə Avstriya sər-hədində yerləşən “Neuschwanstein” qalası, “Allianz-Arena” stadionu və “BMW” muzeyinə səyahət şagirdlərin ma-rağına səbəb olmuşdur. Aktiv dü-şər-gə həyatı yaşayan şagirdlər proqram dövrü ərzində gündəlik alman dili dərs-lərində iştirak etmiş, futbol, üzgüçü-lük, stolüstü tennis və bu kimi idman oyun-la-rıyla, habelə intellektual oyunlarla məş-ğul olmuşlar. Uşaqlar vətənə xoş təəs-süratlarla dönmüşlər.