"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

2014-cü il dekabrın 22-də SOCAR və “bp” arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanmışdır.

 


SOCAR və “bp” arasında Abşeron yarımadasının dayazsulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında hasilatın pay bölgüsü sazişi imzalanmışdır

Bununla əlaqədar yayılmış birgə press-relizdə bildirilir ki, yeni saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması planının bir hissəsini əhatə edir. Sazişi Azərbaycan Respublikası hökuməti adından SOCAR prezidenti Rövnəq Abdullayev və “bp” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalamışlar. Qeyd olunmuşdur ki, SOCAR və “bp” əməkdaşlığının yeni mərhələsi Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcəkdir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahədə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000–5000 metrə qədərdir.