"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Dünya Bankının Vaşinqtondakı baş mənzil-qərargahında 2015-ci il yaz forumu çərçivəsində keçirilmiş “2030-cu ilə qədər şamda yandırılan qazın sıfra endirilməsi” tədbirində Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, Dünya Bankı Qrupunun prezidenti Jim Yong Kim, həmçinin SOCAR, “Total”, “Statoyl”, “Shell”, və digər qurumların rəhbər şəxsləri, bir sıra ölkələrin yüksək dövlət rəsmiləri iştirak etmişlər. Tədbirdə çıxış edən BMT-nin baş katibi Pan Gi Mun bildirmişdir ki, qlobal iqlim dəyişikliyində müsbət nəticələr əldə etmək üçün dünyanın aparıcı neft istehsalçıları təbiətin keşiyində dayanmalı və israfçılığa yol vermədən ehtiyacı olan ölkələrə yardım göstərməlidirlər.

 


SOCAR dünya neft sənayesi nəhəngləri arasında 5-ci şirkət oldu

Dünya Bankı Qrupunun prezidenti Jim Yong Kim “Şamda yandırılan qazın azaldılması” təşəbbüsünün mahiyyəti, bunun qlobal iqlim dəyişikliklərinə müsbət təsiri haqqında geniş məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, hər il dünyada müxtəlif mənbələrdən 140 milyard kubmetr təbii qaz yandırılır. Bunun nəticəsində atmosferə 300 milyon ton CO2 atılır. Bu enerji ilə bütün Afrika qitəsini işıqla təmin etmək olar. BMT baş katibinin müavini Kande Yumkella öz çıxışında bildirmişdir ki, dünya enerji sisteminin bir hissəsi kimi Azərbaycan çox vacib ölkədir. Azərbaycan dövləti BMT-nin “Hamıya dayanıqlı enerji” təşəbbüsünə böyük dəstək verir. Dünya Bankının enerji üzrə direktoru Anita Maranqoli Corc “Şamda yandırılan qazın azaldılması” təşəbbüsünə ilk səs verən ölkələr sırasında Azərbaycanın adını xüsusi vurğulamışdır. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycanda ekologiya və iqlim dəyişikliklərinə təsirin azaldılması sahəsində görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş və bildirmişdir ki, SOCAR dünya neft sənayesi nəhəngləri arasında bu beynəlxalq təşəbbüsə qoşulan 5-ci şirkət olmuşdur. O, bildirmişdir ki, Azərbaycan beynəlxalq layihəni dəstəkləyir və SOCAR tərəfindən şamda yandırılan qazın həcminin azaldılması məqsədilə istehsalatda davamlı tədbirlər həyata keçirilmiş, mühüm uğurlar əldə edilmişdir. Şirkət bu sahədə gələcəkdə daha böyük nəticələr əldə etmək üçün səylərini daha da artırmaqdadır. R.Hüseynzadə SOCAR-ın son illərdə həyata keçirdiyi iri ekoloji layihələr haqqında da tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirdə çıxış edən digər natiqlər “Şamda yandırılan qazın azaldılması” təşəbbüsünün əhəmiyyətini, həmçinin yeni kəşf olunan yataqlarda xüsusi texnologiyaların istifadəsinin vacibliyini vurğulamışlar.