"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

İyunun 2-də Azərbaycan Respublikasının Energetika Nazirliyində energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İraqın neft naziri Adil Abdulmahdi arasında görüş keçirilmişdir. 

 


Azərbaycan–İraq: neft sənayesində əməkdaşlıq əlaqələri

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev hər iki ölkənin malik olduğu zəngin neft resurslarının Azərbaycan və İraq arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini bildirmiş, qeyd etmişdir ki, anlaşma memorandumunun imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaqdır. Bakıda SOCAR rəhbərliyi ilə apardığı danışıqları, hər iki ölkədə keçirilən görüşləri yüksək qiymətləndirən İraqın neft naziri Adil Abdulmahdi ölkələr arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının məhz Azərbaycanın müstəqilliyi dövrünə təsadüf etdiyini xatırlatmışdır. O, neft hasilatının həcminə görə İraqın OPEK ölkələri arasında ikinci yerdə dayandığını vurğulamış və bildirmişdir ki, ölkəsi hasilatın həcmini daha da artırmaq niyyətindədir. Qonaq Azərbaycanın neft sənayesində tətbiq edilən yenilikləri yüksək qiymətləndirmiş, İraqda infrastrukturun yenilənməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu söyləmişdir. Daha sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraq Respublikasının Neft Nazirliyi arasında İraqda neft-qaz layihələrinin inkişafına dair anlaşma memorandumu imzalanmışdır.