"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

SOCAR prezidenti Rövnəq Abdullayev iyunun 18–20-də keçirilmiş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmişdir. 

 


SOCAR Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təmsil olundu

Əsas məruzə ilə “Rosneft” şirkəti İdarə Heyətinin sədri İqor Seçinin çıxış etdiyi panel iclasında aparılmış müzakirələrdə SOCAR prezidenti ilə birlikdə “bp”, “Total”, “Trafigura”, PDVSA, “Schlumberger” kimi beynəlxalq enerji şirkətlərinin rəhbərləri də iştirak etmişlər. SOCAR prezidenti Rövnəq Abdullayev çıxışında bildirmişdir ki, Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini tam təmin etmiş, region ölkələrinin enerji təhlükəsizliyində etibarlı təchizatçı kimi mühüm rol almışdır: “Əsas nailiyyətlərdən biri də Azərbaycanın təbii qaz ölkəsi kimi dünyanın diqqət mərkəzinə gətirilməsidir. Enerji strategiyası çərçivəsində qazanılan uğurlar regionun makroiqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Hazırda Avropanın ən iri infrastruktur layihəsi olan Cənub qaz dəhlizi layihəsi həyata keçirilir. Prezident İlham Əliyev bu layihəni “XXI əsrin layihəsi” adlandırmış, istehsalçı, tranzit və istehlakçı ölkələrin səylərinin birləşdirilməsinə və əlaqələndirilməsinə ehtiyac olduğunu bildirmişdir”. Rövnəq Abdullayev enerji sahəsində qiymətlərin dəyişməsinə baxmayaraq, layihənin planlaşdırılmış müddətdə tam həcmdə başa çatdırılacağını qeyd etmişdir.