"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

“ENGIE”(keçmiş“GDFSUEZ”)–beynəlxalqşirkətdirvə70ölkədə152.900işçisivar.Şirkət2014-cüildə74,7milyardavrogəlirəldəedib.Biznesininəsasınıenerji,təbiiqazvəenerjixidmətləritəşkiledir.


“ENGIE”nin Azərbaycandakı icraçı direktoru xanım Hayke Libold “SOCAR plus” nəşrinə müsahibəsində əməkdaşlıq və gələcək planlar barədə məlumat verir:

– Xanım Libold, “ENGIE” şirkəti 19-cu əsrin ortalarından başlayan zəngin tarixə malikdir. Şirkətin inkişaf yolunun bir əsr yarım dövrü əhatə edən birinci həlqəsi – “SUEZ” məhz o zaman təsis edilmişdi. Xahiş edirik, şirkətin inkişafındakı əsas mərhələləri və onun Azərbaycana gəlişini təsvir edəsiniz...

– “ENGIE” şirkətinin malik olduğu mirasın yaşı, həqiqətən, əsrləri əhatə edir və bu miras 1822-ci ildə “Société Générale des Pays-Bas” ilə başlamış, “Gaz de France” və “SUEZ”in birləşməsi nəticəsində “GDF SUEZ” olana qədər bir çox mərhələlərdən keçmişdir. Etibarlı inkişaf sayəsində qrup “enerji keçidi” adlanan mərhələdə qlobal gücə çevrilmək məqsədilə öz fəaliyyətini genişləndirdi. Bu gün dünyanın dəyişməsi ilə fəaliyyət dairəmiz genişlənir, istehlakçıların gözləntiləri artır, gələcək nəsillər qarşısında məsuliyyətimiz böyüyür. Məhz buna görə də “GDF SUEZ” indi “ENGIE” adı altında birləşib.

Özünün yeni adı ilə “ENGIE” təsdiq edir ki, enerji hər kəsin - işçilərin, səhmdarların, ortaqların və istehlakçıların biznesidir, çünki biz birlikdə enerjinin memarlarıyıq. “Enerji keçidi” dünyasında təbii qaz bərpa olunan enerji mənbələrinin ən yaxşı tərəfdaşı olacaq.

“ENGIE”nin Azərbaycandakı fəaliyyəti 2008-ci ildə Yalama la-yi-hə-sin-də “SOCAR” və “LUKoil” (operator) ilə birlikdə tədqiqat və istehsalat böl-məsinin vasitəsilə kəşfiyyat quyusu-nun qazılması və Səngəçal terminalında ekoloji filialımız tərəfindən sənaye suyunun emal kompleksinin inşa edil-məsi ilə başlandı. “ENGIE” bütün mər-hələlərdə – kəşfiyyat və hasilat, nəqliyyat və emal proseslərində Azər-bay-cana strateji partnyor kimi baxır. Qrup enerji dünyasında baş verən dərin dəyişikliklərlə qarşılaşmağa, sa-bahın enerjisini yaratmağa və bu keçid-də Azərbaycanı dəstəkləməyə hazırdır.

Dünyanın 70 ölkəsində fəaliyyət göstərən “ENGIE” bütün enerji mənbələrindən istifadə etməklə yanaşı, sürətlə böyüyən bazarlarda nümunəyə çevrilməyə və Avropanın enerji keçidində lider olmağa həmişəkindən daha çox can atır. Enerji zəncirində, enerji və təbii qaz sahəsinin bütün mərhələlərində fəallıq nümayiş etdirən “ENGIE” enerji keçidində, əsasən, təbii qaz infrastrukturunda və xüsusilə qazsaxlama, ekoloji və bərpa xidmətlərində, habelə bərpa olunan enerji yanaşmalarında Azərbaycanı dəstəkləmək niyyətindədir.

– Şirkətiniz Azərbaycanda hansı layihələrdə iştirak edir? Azərbaycanda gələcək üçün daha hansı planlar, layihələr var?

– “ENGIE” 2009-cu ilin iyun ayından etibarən “Abşeron” dəniz blokunda fəaliyyət göstərir. Qrup həmin vaxt “Tədqiqat, inkişaf və istehsalın bölüşdürülməsi sazişi”ndə 20% paya sahib olub. Hasilatın pay bölgüsü sazişində “Total” (operator) və “SOCAR” şirkətlərinin hər biri 40% paya malikdir. Əməkdaşlıq, hasilatın pay bölgüsü sazişinə qoşulma və 20 noyabr 2009-cu ildən etibarən JOA-nın imzalanması ilə təsdiq edildi. 2012-ci ilin iyun ayında konsorsium kəşfetmə və kommersiya bildirişini elan etdi. Partnyorlar 2007-ci il üçün nəzərdə tutulmuş “Yekun investisiya qərarı” və 2021-ci ildə “Abşeron” yatağından ilk qazın çıxarılmasının planlaşdırılması ilə Azərbaycanın qaz sənayesini gücləndirirlər.

Bundan başqa, “ENGIE” Avropada “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın əsas alıcılarından biri olacaq. “Şahdəniz-2” müqaviləsi qrup ilə Azərbaycan arasında inkişaf edən əlaqələri gücləndirir. Qaz alıcısı olaraq, “ENGIE” “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə öz töhfəsini verir. Bu uzunmüddətli müqavilə gələcəkdə Avropanın enerji strukturunda təbii qazın əsas rol oynayacağını təsdiqləyir və eyni zamanda istehlakçıları Xəzər dənizindən çıxarılan rəqabətədavamlı qazla təmin edəcəyimizə əminlik yaradır.

Tam inteqrasiya olunmuş partnyor olaraq “GDF SUEZ Abşeron B.V.”nin Bakıda yerləşən ofisi qrupun bütün fəaliyyətini idarə etmək məqsədilə 2010-cu ilin dekabr ayında qeydiyyatdan keçmişdir.

– Xanım Libold, “ENGIE” də digər fransız partnyor – “Total” kimi ən iri qeyri-kommersiya layihələrinin aktiv sponsorudur. “ENGIE”nin Azər-baycanda sponsor proqramları varmı və onlar hansı sahələri əhatə edir?

– Azərbaycanda “ENGIE”nin başlıca sponsorluq hədəfi təhsil sisteminin təkmilləşdirilməsini dəstəkləməkdir. Fəaliyyətimizin bu istiqaməti çərçivəsində biz fransız icması vasitəsilə Bakıda Fransız Məktəbinin fəaliyyətinin genişləndirilməsinə töhfə vermişik. Bakıda “ENGIE” Universiteti ilə birgə təşkil edilmiş seminar zamanı biz mikrokredit sektorunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı üçün fərdi və kollektiv idarəetmənin təkmilləşdirilməsi, əməkdaşlıq, yaradıcılıq və yeniliklər sahəsində dəstək proqramını təkmilləşdirmişik.

Aparıcı enerji şirkətlərindən biri olan “ENGIE” dünyanın hər yerində enerji imkanlarını genişləndirməyə çalışır. “Enerji yoxsulluğu”na qarşı mübarizə qrupun əsas prioritetlərindən biridir, belə ki, enerji xərcləri hər yerdə ailə büdcəsinə böyük ölçüdə təsir göstərməkdə davam edir. Bu problemin həll edilməsi və bizim “insanlar tərəfindən insanlar üçün” ideyasına xidmət edən öhdəliyimizin yerinə yetirilməsi məqsədilə “Rassembleurs d’Energies” proqramı yaradılmışdır.

– Mümkünsə, özünüz, karyeranız, ailəniz və asudə vaxtınızı necə keçirməyiniz barədə danışın...

– Mən M.İ.Qubkin adına Moskva Neft-Qaz və Kimya İnstitutunun mədən mühəndisliyi və geologiya fakültəsini bitirmişəm. Buna görə də rus dilində səlis danışıram. Karyerama 1987-ci ildə Şərqi Almaniya neft və qaz təşkilatında başlamışam. Bu gün həmin təşkilat “GDF SUEZ E&P Deutschland GmbH” (“ENGIE” qrupunun bir hissəsi) şirkətinin tərkibindədir. Orada mən müxtəlif vəzifələrdə çalışmışam. Almaniyada kəşfiyyatçı-geoloq və layihə rəhbəri, Qazaxıstanda marketinq mütəxəssisi və aktivlərin idarə edilməsi üzrə menecer işləmişəm. 2007-ci ildən etibarən Bakıda “GDF SUEZ E&P Absheron B.V.” və Astanada “GDF SUEZ E&P Projects Kazakhstan B.V.”nin icraçı direktoru vəzifəsində çalışıram. Azərbaycanda və Xəzər dənizi regionunda “ENGIE”nin bütün fəaliyyətini idarə edirəm. Evliyəm və iki övladım var. Onların ikisi də tələbədir. Asudə vaxtımda kitab oxuyuram, rebus həll edirəm, dekorasiya və əl işləri ilə məşğul oluram, musiqi dinləyirəm, həmçinin üzgüçülük, gəzinti, yoqa, qolf, xizəksürmə, təbiətə ekskursiya kimi idman fəaliyyətlərini də sevirəm. Mümkün qədər hərəkətli olmağa çalışıram.