"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan Milli İncəsənət Muzeyində “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş müsabiqənin yekun mərasimi keçirilmiş, qaliblərə mükafatlar təqdim olunmuşdur. 

 


İncəsənət enerjisi

Mərasimdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev “Əsrin müqaviləsi”nin vacibliyini qeyd edərək əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının nailiyyətlərindən söz açmışdır. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirakçıları “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə təbrik etmiş, hər il olduğu kimi bu il də şirkətin müxtəlif peşə sahibi olan əməkdaşları arasında ənənəvi müsabiqənin keçirildiyini və qaliblərin müəyyənləşdirildiyini bildirmişdir. Aşağıdakı şəxslər müxtəlif nominasiyalarda qalib gəlmiş və mükafata layiq görülmüşlər:

• ən yaxşı geoloq – Adil Abdullayev;

• ən yaxşı qazmaçı – Niftalı Abbasov;

• hasilat sahəsində ən yaxşı mütəxəssis – Məzahir Fərmanov;

• emal sahəsində ən yaxşı mütəxəssis – Elçin Qabiloğlu;

• ən yaxşı inşaatçı – Səməd Rəhimov;

• nəqliyyat sahəsində ən yaxşı işçi – Xanmurad Dostəliyev;

• qaz təsərrüfatı sahəsində ən yaxşı işçi – Qarakişi Hacıyev;

• ən yaxşı kimyaçı – Fatmanisə Nuriyeva.

SOCAR Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Art Energy -20” və “20 şanlı il” mövzularına həsr olunmuş rəsm və mahnı müsabiqəsi keçirmişdir. “Ən yaxşı rəngkarlıq əsəri” nominasiyasında Qumral Əhmədova, Fəxri Abbasov və Elmar Ağamirzə 3-cü, Elşən Sərxanoğlu və Səbinə Tutayuq 2-ci, Məmmədhüseyn Hüseynov 1-ci yerə layiq görülmüşlər. “Ən yaxşı kiçik heykəltəraşlıq əsəri” nominasiyasında Xanlar Əhmədov 3-cü, İmran Kərimov 2-ci, Akif Əsgərov isə 1-ci yerin sahibi olmuşlar. “Ən yaxşı vokal ifa” nominasiyasında İlahə İsrafilova, “Ən yaxşı instrumental əsər” nominasiyasında isə Eldar Babayev qalib gəlmişlər.