"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Ötən il 20 sentyabr – Neftçilər günü ərəfəsində Bakıdakı Rusiya in-formasiya-mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Sozvezdiye” gənc yaradıcılıq klubunun və “İncəsənət konsulluğu” Elm-İs-teh-sa-lat Birliyinin rəssamları neft mancanaqları üzərində əsər çəkmək kimi kreativ və cəsarətli bir ideya ilə çıxış etdilər. 

 


Rəngarəng neft

Azərbaycan üçün bu, qəribə hal deyil. Əsrlərboyu burada neftə qara qızıl, onu yerin təkindən çıxaran mexanizmlərə – mancanaqlara isə “çörək ağacı” kimi baxıblar.

Rəssamlar ideyalarını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə bölüşdülər. Məlumdur ki, ideya reallaşanadək üç mər-hə-lə-dən keçir: “ola bilməz”, “bunda nəsə var” və nəhayət, “bu ki belə asandır, niyə əvvəllər olmayıb?”. Nə-hayət, çoxdan gözlənilən razılıq alındı və qərar da vaxtında verildi. Nüfuzlu komissiya bir neçə həftə ər-zində gələcək rəsmlərin eskizlərini nəzərdən keçirdi. Nəticədə iki mövzu müəyyənləşdirildi: “Milli motivlər” və “Təbiət”. Elə bu mövzular da əsas götürüldü. Gənc rəssamlar “Sozvezdiyenin kreativi” adlı layihəni peşə bayramı münasibətilə neft sənayesi işçilərinə hədiyyə kimi reallaşdırdılar.

Sentyabrın 10-da səhər tezdən Bayıl qəsəbəsi ərazisində yoldan keçən sürücülər sürəti azaldır və təəccüblə belə bir mənzərəni seyr edirdilər: boya və alətlərlə “silahlanmış” gənc rəs-samlar neft mancanaqları üzərində şəkil çəkirdilər. Mancanaqların işi isə dayandırılmışdı. SOCAR-ın mütəxəssisləri ciddi şəkildə təh-lü-kə-sizlik texnikası qaydalarına əməl olunmasına nəzarət edirdilər.

Nəticə necə oldu, özünüz
baxıb qərar verin...