"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Məşhur beynəxalq Nobel mukafatı haqqında, yəqin ki, hamı eşidib –bu, mühüm elmi-tədqiqatlar, inqilabi ixtiralar və ya mədəniyyət və cəmiyyətin inkişafı sahəsində böyük əməyə görə verilən ən nüfuzlu mükafatlardan biridir. Mükafat məşhur Nobel qardaşlarının sonbeşiyi olan Alfred Nobelin 27 noyabr 1895-ci ildə yazdığı vəsiyyətnaməsinə əsasən təsis edilmişdir.

 





NOBELLƏR və BAKI NEFTİ

NOBELLƏR və BAKI NEFTİ

Vəsiyyətinə əsasən, onun bütün daşınan və daşınmaz əmlakı satılmış və yığılan kapital etibarlı bir bankda yerləşdirilmişdir. Əmanətlərdən gələn gəlirlər xüsusi fond tərəfindən bəşəriyyət qarşısında böyük xidmətlər göstərən şəxslərə mükafat verilməsinə sərf olunur. Mükafat illikdir və ötən il ərzində göstərilən xidmətlərə görə verilir. Nobelin vəsiyyətnaməsinə əsasən, bank faizləri  beş bərabər hissəyə bölünür və fizika, kimya, fiziologiya və təbabət sahələrində mühüm kəşflərə, ən sanballı ədəbi-bədii əsərlərə, habelə sülhün bərqərar olunmasında, qorunub-saxlanmasında müstəsna xidmətlərə görə mükafat fonduna ayrılır. Bir sahədə də Nobel mükafatı təsis olunub ki, bu da onun vəsiyyətində göstərilməmişdir. Bu, 1969-cu ildə İsvec Dövlət Bankı təşəbbüsü ilə təsis olunmuş iqtisadiyyat üzrə Nobel mükafatıdır. Bu mukafatın da statusu o biri sahələrdə verilən Nobel mükafatları ilə eynidir.

Yuxarıda qeyd edilənlər, əlbəttə Nobel mükafatının həcmi kimi hamıya məlum olan faktlardır. Amma Alfred Nobelin sərvətinin elə bu gün də nüfuzlu mükafat şəklində verilən kifayət qədər  böyük hissəsinin o zaman dünyanın əsas neft şirkətlərindən biri olan Nobel Brothers Petroleum Production Company-dən formalaşdığını iki il əvvələ qədər, demək olar, hec kim bilmirdi.

Halbuki Alfred Nobelin kapitalının təxminən 17%-i Bakı neftindən qazanılmış

gəlirlərdən ibarətdir!

Dünya ictimaiyyətinə bizim ücün çox mühüm olan bu faktın çatdırılması geniş miqyaslı “Nobellərin irsi və Bakı nefti” layihəsinin məqsədlərindən biri idi.

 

Hər şey bu cür başladı

“Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyi, həmçinin “BraNobel” şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 130 illiyi munasibəti ilə keçirilən bayramla eyni vaxta salınan layihənin ilkin məqsədi Nobellərin Azərbaycanda fəaliyyətinin əbədiləşdirilməsi idi. Amma Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Stavanger (Norvec) şəhəri Arxeologiya Muzeyinin birgə layihəsi çərçivəsində Azərbaycan nümayəndələri Nobel Sülh Mükafatı Mərkəzində olan zaman (Alfred Nobelin vəsiyyətinə əsasən, mükafat Norvecdə verilir) onlara məyusluqla bildirdilər ki, Nobellərin Azərbaycanda fəaliyyəti ilə bağlı orada, demək olar, hec bir məlumat yoxdur.

 

Beləcə, “Nobellər və Bakı nefti” layihəsinin müəlliflərinin –Mədəniyyət vəTurizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun

müdiri Azadə Hüseynova, Dövlət İncəsənət Muzeyinin yeniliklər şöbəsinin

müdiri Əminə Məlikova və “Ekspo-Orq” şirkətinin art-kuratoru Naidə Abbasovanın –fikirlərinə Nobellər ailəsinin Bakı ilə ən sıx şəkildə bağlı olduğunu dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə məlumat layihəsi yaratmaq gəldi. Yeri gəlmişkən, təsadüfi deyildir ki, “BraNobel” şirkəti öz loqotipi və simvolu kimi Abşerondakı atəşpərəst məbədinin −Atəşgahın təsvirini secmişdir. Layihənin işlənilməsi Nobel qardaşlarının Azərbaycan neft sənayesində xidmətlərini təsdiqləyən materialların ümumiləşdirilməsi ilə başlandı. Ölkəmizdə bununla bağlı arxiv sənədləri, mətbu və qeyri-mətbu məlumatlar toplandı, sistemləşdirildi. Kim olublar bu Nobel qardaşları? Bu suala dolğun cavablar tapıldı.

...İsvec əsilli üc qardaş idilər. 1879-cu ildə Bakıda səhmdar cəmiyyət yaratmışdıar. Əsas sahibkarlarıda elə özləri idilər. O zaman primitiv inkişaf mərhələsini yaşayan neft sənayesinə ən yeni texnologiyaları tətbiq edirdilər. Məhz Nobellər neftin daşınması ücün dunyada ilk dəfə buxarla işləyən neft tanke rindən istifadə etdilər, Qafqazda ilk neft borusunu cəkdilər. Bu və digər yeniliklər sayəsində Bakı dünyanın nefti ən mütərəqqi üsullarla nəql edən qabaqcıl mərkəzlərindən birinə çevrildi...

...Materiallar toplandıqdan sonra mövcud olan nadir əşyaların və tarixi dəlillərin ictimai nümayişi formasının seçimi başlandı Mədəniyyət vəTurizm Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ″Statoyl-Azərbaycan″ şirkəti və ″Nobel irsi″ Bakı Fondu tərəfindən təşkilati dəstək alan layihə növbəti mərhələsinə qədəm qoydu.

Layihənin ilk ictimai aksiyası 15 sentyabr 2009-cu ildə Muzey Mərkəzində açılan “Nobellər və Bakı nefti” ümumi adı altında bədii-rəqəmsal foto sənədlər sərgisi oldu. Bu tədbir “Əsrin müqaviləsi”nin 15 illiyi və “BraNobel” şirkətinin Azərbaycanda fəaliyyətinin 130 illiyi kimi tarixlər ilə eyni vaxta düşdüyündən həm işguzar, həm də bayram xarakterli oldu. Açılış  mərasimində Nobellər Ailəsi Cəmiyyətinin sədr müavini, Lüdviq Nobelin kötukcəsi Qunnar Liljequst (İsveç) iştirak etdi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanda neft sənayesinin mütərəqqi inkişafını qeyd etdilər, “Əsrin müqaviləsi”nin bu inkişafda oynadığı mühüm rolu vurğuladılar, Qunnar Liljequst isə layihənin beynəlxalq əhəmiyyəti barəsində öz yüksək fikrini bildirdi.

Ekspozisiyanın fotostendləri ücün zəngin arxiv materialları arasından Nobel qardaşlarının həyatının Azərbaycan dövrünə həsr olunanları secilmişdi. Onlara aid məişət əşyaları Nobellərin Bakıda kecirdiyi o günlərin və illərin nəbzini gözlə görunən şəkildə hiss etməyə imkan verirdi.

Daha sonra göstərilən 8 dəqiqəlik film isə həmin dövr və qəhrəmanların zahiri görünüşü haqqında təsəvvürləri tamamladı.

Müasir texnologiyaların köməyi ilə həyata keçirilən və özündə Nobellər ailəsi, onların Sankt-Peterburqda və Bakıda fəalliyyəti haqqında geniş məlumat daşıyan eksponatlar sərgini son dərəcə zənginləşdirdi.

Tədbirin əsas hadisələrindən biri iki dildə(Azərbaycan və ingilis) buraxılan “Nobellər və Bakı nefti” kitabının təqdimatı oldu. Qeyri-adi nəşr Nobellərin nəsli və XIX əsrin 30−60-cı illərində Rusiyada və 1874-cü ildən 1920-ci ilə qədər ki dövrdə Azəbaycanda, ilk növbədə isə Bakıda fəaliyyəti ilə oxucunu tanış edir. Kitabda, ekspozisiyada olduğu kimi, Nobellərin Bakı neft sənayesinin inkişafında rolunu sübut edən arxiv sənədləri və fotomateriallar kifayət qədər geniş şəkildə təqdim olunmuşdur. Mütəxəssislər tərəfindən elmi-populyar nəşr kimi qiymətləndirilən, Nobellər ailəsinin tarixçəsi haqda 190 səhifədən ibarət kataloqa Rusiya və Azərbaycanla bağlı unikal və çox nadir sənədlər daxil edilmişdir. Bu qeyri-adi kitab üzərində iş çətin və çox məsuliyyətli oldu: müəlliflər kömək ücün M.F. Axundov adına Milli Kitabxananın nadir kitablar arxivinin işçilərinə müraciət etdilər. Aydın oldu ki, “BraNobel”in Bakıda fəaliyyəti barəsində 1905-ci ildə çap edilən və şirkətin 25 illiyinə həsr olunan bir kitabın cəmi bir neçə nüsxəsi saxlanmışdır.

Nəşrin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudovun rəhbərliyi altında mütəxəssisləri yaxından işirak etdilər. Mətn materialını direktor muavini Cəbi Bəhramov və Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Həsənov hazıladıar. Kitabın müqəddiməsini Lüdviq Nobelin nəticəsi, Nobel Ailəsi Cəmiyyətinin sədri Tomas Tiden (Stokholm) yazmışdı: “Nobel mükafatının yaradıcısı Alfred Nobelin ölümündən sonra aşkar olundu ki, onun o zaman üçün böyük sərvətinin (bu sərvət o vaxt üçün üç ölkənin –Norveç, İsveç və Danimarkanın bütün pul tədavülündən artıq idi −red.) xeyli hissəsi təkcə şirkətin dinamit istehsalı hesabına formalaşmamışdır. Təxminən 17%-ni o zaman dünyada ən iri neft şirkətlərindən biri olan Nobel Brothers Petroleum Production Company-nin gəlirləri təşkil edirdi və Nobel Mükafatı Fondunun formalaşmasının əsas mənbələrindən biri idi”.

15 sentyabr 2009-cu ildəki təntənəli mərasimdə Tomas Tiden Nobel ailəsinin adından Nobellərin tarixinin canlandırılması layihəsinin təşkilatçılarına dərindən təşəkkür etmiş və bu çox mühüm məlumatı yenidən səsləndirmişdir.

 

Daha sonra –daha çox

Layihə təkcə uğurlu yox, həmdə məşhur oldu və bir sıra iri miqyaslı tədbirlərlə yadda qaldı. 2009-cu ilin oktyabrında Bakı sərgisinin eksponatları sənədli film və “Nobellər və Bakı nefti” kitabı Londonun Asiya Evi qalereyasında, 22 noyabrda isə Berlinin “Berlin−Bakı” qalereyasında təqdim olunmuşdur.

2010-cu ilin fevralında fotosənədli, bədii və rəqəmsal sərgi materialları layihə çərçivəsində Brüsseldə Avropa Komissiyasının mənzil-qərargahında nümayiş olunmuş, sonra Frankfurtda, 2010-cu ilin noyabrında isə yenidən Londonda Sotheby′s hərraclar evinin ən məşhur qalereyalarının birində göstərilmişdir.

2010-cu ilin dekabrında Nobel mukafatının təqdim edilməsi ərəfəsində Stokholm sakinləri sərgi ilə İqtisadiyyat Muzeyində tanış olmuşlar. Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş sərginin materialları Hyustonda hər il keçirilən dəniz texnologiyaları konfransında nümayiş olunmuş 2011-ci ilin aprelində isə Osloda göstərilmişdir.

 

Nəticələr

Layihənin təşkilatçıları müntəzəm surətdə minnətdarlıq hissi ilə yazılmış kitab, broşur və bukletlər göndərmək, həmçinin Nobellərin Bakıdakı fəaliyyəti haqqında suallara cavab vermək xahişi ilə onlarca məktub almış, Skandinaviya ilə Azərbaycan muzeyləri arasında möhkəm əlaqə qurmuşlar.

Bu gün “BraNobel” şirkətinin fəaliyyəti haqqında 500-dən çox nadir fotoşəkil və arxiv sənədləri, o cümlədən inqilabaqədərki Bakının və ilk neft mədənlərinin fotoşəkilləri bərpa edilmişdir.

Bunların böyük hissəsi müasir elektron daşıyıcılara yazılmışdı. Bundan başqa,

kitab-kataloq da nəşr olunmuşdur.

Layihənin ən mühüm xidmətlərindən biri Piter və Nilsom Oleynikoff-Nobel qardaşlarının hədiyyəsi oldu. Stokholmda “Nobellər və Bakı nefti” sərgisinin tədimatı ərəfəsində onlar bildirdilər ki, Lüdviq Nobelin unikal arxivini Azərbaycan Mədəniyyət vəTurizm Nazirliyinə vermək niyyətindədirlər. Arxivdə indiyə qədər Azərbaycan, Gurcustan və Rusiyanın heç bir arxivində tapılmayan 19 dəyərli eksponat vardı.

Oleynikoff-Nobel qardaşlarının xahişi ilə təqdimat mərasimi kiçik dairədə keçdi.

Ona görə də mədəiyyət və turizm naziri cənab Ə. Qarayevin otağında yalnız nazirin müavinləri, bəzi dövlət məmurları, ″Nobel irsi″ Bakı Fondunun sədri Toğrul Bağırov (Bakıda Nobellərin irsinin qorunub saxlanmasıda əvəzsiz xidməti olmuşdur) və bir necə KİV təmsilçisi iştirak etdi.

Bu göruşlər zamanı Azərbaycan tərəfinin nümayəndələri minnətdarlıqla qeyd etdilər ki, Bakı muzeylərində (daha cox Azərbaycan Dövlət İncəsənət  Muzeyində) saxlanılan zəngin kolleksiyalar da əhəmiyyətli dərəcədə XIX əsrin sonu − XX əsrin əvvəllərində neft bumu şəraitində Azərbaycana bir çox Avropa təsviri incəsənət əsərləri gətiriləndə formalaşmışdır. O illərdə Nobel qardaşlarının tikdirdiyi “Villa Petrolea” tez-tez özləri ilə bu gün də dəyərli muzey eksponatları olaraq qorunub saxlanılan gözəl şəkillər, kiçik ölçülü heykəllər və zərif incəsənət

nümunələri gətirən Qərb mütəxəssislərini qarşılaya bilən bir vahə idi.

Yeri gəmişkən, Toğrul Bağırovun rəhbərliyi altında fəaliyyət  göstərən “Nobel irsi” Bakı Fondunun səyləri ilə artıq bir neçə ildir “Villa Petrolea” bərpa edilmişdir. Burada indi həm təntənəli tədbir və qəbullar kecirilir, həm də Nobellərin Azərbaycanın karbohidrogen ehtiyatlarının mənimsənilməsində rolunu canlandıran muzey yerləşir. Nobellər ailəsinə məxsus əşyalarla zəngin olan bu muzeyin eksponatları Bakıdakı birinci “neft bumu”nun parlaq xatirələrini əks etdirir.

Sonda onu da qeyd edək ki, “Nobellər və Bakı nefti” layihəsi bu gün də yaşamaqda və bütün dunyaya Nobel qardaşlarının mənalı ömurlərinin Bakı dövrü haqda həqiqəltəri çatdırmaqda davam edir.

Bu il iyulun 1-də Stokholmda Nobel Fondunun baş ofisində ARDNŞ prezidenti Rövnəq Abdullayevin fondun icraçı direktoru Lars Xeynekensteyn ilə görüşü oldu. Bu görüşün nəticəsində tərəflər razılığa gəldilər ki, 2012-ci ilin aprelində "Nobellər və Bakı nefti" layihəsi ilə Bakıda keciriləcəyi gözlənilən "İnnovasiyalar şəbəkəsi" səyyar sərgisi birləşdirilsin. Bu tədbir ARDNŞ ilə Stokholmdakı Nobel Fondunun əməkdaşlıği çərivəsində keçiriləcək və sonrakı birgə layihələrin bir növ təqdimatı olacaq.

Bu sərgi Alfred Nobelin ixtiralarından, həmçinin Nobel mükafatının bütün tarixi ərzində ona layiq görulən 160 laureatdan, o cümlədən onların kəşf və nailiyyətlərindən bəhs edəcək. Sərgi tamamilə komputerləşdirilmiş və son texnologiyalara uyğn şəkildə təchiz edilmiş 160 informativ stenddən ibarət olacaqdır ki, burada da hər bir kəs ona yaxınlaşıb özü ücün maraqlı olan məlumatı almaqdan əlavə, həm də hazırda yaşayıb-yaradan bu və ya digər Nobel mukafatı laureatı ilə interaktiv rejimdə söhbət edə bilərsiniz.

 

Bir sozlə, hər şey hələ təzə-təzə başlayır. Nobel qardaşlarının irsi bu gün də bizim həyatımıza yenilik və kəşflər gətirərək yaşamaqda davam edir.