"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin 4 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Bakıda Neft Muzeyinin yaradılması planlaşdırılır. Muzeydə qədim və zəngin neftçıxarma tarixi, Azərbaycan iqtisadiyyatının bu əsas sahəsinin inkişaf mərhələləri haqqında ən zəngin materialları toplanması nəzərdə tutulur. İdeya ondan ibarətdir ki, çoxəsrlik neft tarixi Azərbaycanın mədəni, sosial, iqtisadi inkişaf faktoru kimi göstərilsin. 





Neft muzeyləri

Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin 4 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Bakıda Neft Muzeyinin yaradılması planlaşdırılır. Muzeydə qədim və zəngin neftçıxarma tarixi, Azərbaycan iqtisadiyyatının bu əsas sahəsinin inkişaf mərhələləri haqqında ən zəngin materialları toplanması nəzərdə tutulur. İdeya ondan ibarətdir ki, çoxəsrlik neft tarixi Azərbaycanın mədəni, sosial, iqtisadi inkişaf faktoru kimi göstərilsin. Belə ki, Azərbaycanda iki neft bumu yaşanmışdır. Bunlardan birincisi XIX əsrin sonuna, ikincisi isə XX əsrin sonlarına –90-cı illərə təsadüf etmişdir. İkinci neft bumu əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti İham Əiyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyasının uğurları ilə sıx bağlıdır. Nəzərdə tutulur ki, gələcək muzeydə hər iki neft dalğası dolğun şəkildə öz əksini tapsın.

Bütün dünyada bir neçə neft muzeyi vardır ki, biz də onlar haqqında “SOCAR plus” oxucularına məlumat vermək istəyirik.

Norvec, Stavanger

1960-cı ilin sonlarında, Stavanger Norvecin neft mərkəzi adlandırılmaq hüququnu qazandıqdan sonra burada müvafiq muzeyin meydana gəlməsi gözlənilən idi.

İndi neft sənayesi Norvec iqtisadiyyatının mühərrikidir və bu, Stavangerdə xüsusilə hiss olunur. Belə ki, neft hasilatı ilə bağlı əksər şirkətlərin baş ofisləri burada yerləşir: misal üçün, Şimali Avropanın ən böyük neft şirkəti və Avropa bazarının ən böyük neft təchizatçısı olan ″Statoil″ dövlət şirkəti.

Siz Norvecdə neft mancanaqlarına rast gəlməyəcəksiniz, onlar Stavangerdə də yoxdur. Bütün yerli neft Şimal dənizinin şelfindən platformaların köməyi ilə çıxarılır.

Ekspozisiya Şimal dənizində neft hasilatıı tarixi, ilk platforma və sahələrin yarım əsrlik inkişfından bəhs edir.

Uest Kern

Kaliforniya ştatı ABŞ

O, ABŞ-ın qabaqcıl neft mədəni olan Midvey Sanset ərazisində yerləşir. 3 ha

ərazisi olan muzey Amerika Universitet Qadıları Assosiasiyası və qabaqcıl insanlar qrupu tərəfindən Ceymson şirkəti ilə birgə yaradılmışdı. Burada mədən və neft düşərgələrinin gündəlik həyatı əyani surətdə əks olunur, müxtəlif neft yataqlarının mənimsənilməsi tarixi göstərilir, maddi mədəniyyət predmetləri, o cümlədən Kaliforniya və Kern mahalının neft tarixini əks etdirən kitablar nümayiş etdirilir. Xüsusilə də burada neftin tarixinin bu ərazidə 7.800 il əvvəl yaşayan Tulumne İokut hindularından başlandığı göstərilir. Onlar torpaqdan sızıb axan neftdən yapışqan kimi istifadə edirdilər!  Yalnız uzun illər sonra −1890-cı ildə Midvey Sanset mədənində neft çıxarılması üzrə sənaye  işləri başlandı.

Yeri gəlmişkən, bu muzeyə gələn hər bir qonaq düyməni basmaqla neft çıxarılması prosesinin əyani şahidi ola bilər.

Santa-Paula, Kaliforniya ştatı

Muzey interaktiv sərgilər, işçi modelləri, oyunlar, fotoşəkillər və “tarixi alt-üst edən” həqiqi taxta buruq qulləsinin köməyi ilə ştatda neft sənayesinin işini işıqlandırır. Daimi eksponatlardan savayı muzeydə incəsənət nümunələri, tarixin və elmin nailiyyətləri təmsil olunur.

Bəhreyn

Bəhreyn Fars körfəzi rayonunda neft yatağı aşkar edən ilk ölkədir. Muzey 1932-ci ildə kəşf olunan ilk neft quyusundan bir neçə metr uzaqda −Sak-Xirdə Cəbəl Duxan və ya Tüstülü dağ ətrafında yerləşmişdir. Rəsmən o, 1992-ci ildə açılmışdır. Burada qədim qazma avadanlığı, torpağın altından tapılan dağ süxurları nümunələri, topoqrafiya xəritələri və neft kəşfiyyatı da iştirak edən şirkətlər haqqında müəyyən məlumat verilir.

Rusiya, Tomsk

Muzey 10 il əvvəl Neft-Kimya İstitutunun nəzdində açılmışdır və əsasən elmi işlə bağlıdır. İnstitutun bütün laboratoriyaları onun bütün elmi axtarışlar aparan xidmətləri buraya neft bilikləri və nümunələri üçün müraciət edir. Muzeyin anbarında Rusiya, Qazaxıstan və Orta Asiyadan toplanmış 3.000-dən artıq neft və kern nümunələri saxlanılır. Amma bu muzeyin əsas qürur mənbəyi müxtəlifliyinə görə qeyri-adi olan komputer məlumatlarıdır. Burada yüzlərcə və hətta minlərcə Tomsk vəTümen quyularının bütün “nəsil şəcərələri” saxlanılır. Muzey elə burada, institutun divarları arasında hazırlanan proqramlar paketindən istifadə etməklə 28 yataq haqqında kartoqrafiya məlumatlarına, 300 yataq haqqında isə cədvəl məlumatlarına malikdir.

Xantı- Mansiysk

Geologiya, neft və qaz muzeyi konsepsiyasına aşağıdakı şöbələr daxildir:

Xantı-Mansiysk muxtar dairəsi ərazisinin geoloji quruluşu və faydalı qazıntıları Qərbi Sibirin mineral-xammal ehtiyatlarının öyrənilməsi, kəşfi və mənimsənməsi tarixi; axtarışlar, faydalı qazıntıların işlənməsi və emalı zamanı elmi-texniki tərəqqi nailiyyətlərinin təbliğatı Xantı-Mansiysk muxtar dairəsi ərazisinin mineral-xammal bazasının inkişaf perspektivləri; ekologiya, yeraltı sərvətlər və ətraf mühitin qorunması və s.

Qazaxıstan, Atırau

Muzey Qazaxıstan Respublikasının Atırau şəhərindəki Neft vəQaz İstitutunun nəzdində fəaliyyət göstərir. Muzeyin yaradılması həmin institutun 20 illiyinə və müstəqil Qazaxıstan Respublikasının 10 illiyinə həsr olunmuşdur. Ekspozisiya yaradıcılarının fikrincə muzey elmi, maarifləndirmə və mədəni mərkəz olmalıdır.