"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Neftçilərin peşə bayramı ərəfəsində yeni layihəmiz olan “SOCAR plus” dərgisi ilə sizin görüşünüzə gəlmişik.




Əziz oxucular!

Neftçilərin peşə bayramı ərəfəsində yeni layihəmiz olan “SOCAR plus” dərgisi ilə sizin görüşünüzə gəlmişik.

ARDNŞ-nin qazandığı son nailiyyətlərdən, neftçilərimizin həyatından bəhs edən bu dərgi yeni forma və məzmunu ilə diqqəti cəlb edir. Sentyabrın 20-də Milli Parkda təşkil etdiyimiz ənənəvi sərgi ilə yanaşı, sizlərə təqdim olunan bu dərgi neft sənayesi haqqında ictimaiyyətə geniş bilgi verəcəkdir. Ölkəmizdə əsl ümumxalq bayramı səviyyəsində qeyd olunan “Neftçilər günü” ərəfəsində Azərbaycan neft sənayesinin zəngin tarixini, neftçilərimizin fədakar əməyini əks etdirən layihələrin həyata keçirilməsi ənənə halını almışdır. Bu da təsadüfi deyil.

Azərbaycanda neftin tarixi zəngindir. Tarixi faktlar hələ eramızdan min illər qa­baq ölkəmizdə ibtidai üsullarla neft çıxarıldığını və karvan yolları ilə müxtəlif öl­kələrə daşındığını sübut edir. Məlumdur ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu 1848-ci ildə Bakı yaxınlığında, Bibiheybət mədənlərində qazılmışdır. Tari­xin sonrakı dövrlərində də Azərbaycan dünya neft sənayesinin önündə getmiş, neftin emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə və açıq dənizdə neft yataqlarının kəşf və istismar olunmasının əsası ölkəmizdə qoyulmuşdur. Bu sahədə ən mütərəqqi ideyaların həyata keçirilməsi, saysız-hesabsız yeniliklərin tətbiqi məhz Bakı neftçilərinin adı ilə bağlıdır.

Qədim neft diyarı Azərbaycan bu gün yenə də əvvəlki kimi öz adını dünya iqtisadiyyatının öncülləri sırasına yazmaqdadır. İqtisadi potensialını uğurla gerçəkləşdirən respublikamız son dövrdə yüksək templərlə irəliləyərək, inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, yaşadığımız regionun siyasi, iqtisadi, mədəni mərkəzinə çevrilmişdir. Bu mərhələdə də neft amili, neftçilərimizin əzmkarlığı müstəsna rol oynayır. Yeni dövrdəki iqtisadi yüksəlişin təməlində ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənilmiş neft strategiyasının uğurları dayanır. Bu, Azərbaycan dövlətinin qalibiyyət  strategiyasıdır; son dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir və ölkəmizə bir-birinin ardınca böyük qələbələr qazandırır. Bu nailiyyətlər

Azərbaycanın iqtisadi qüdrətini, geosiyasi nüfuzunu, dünya birliyində mövqeyini da­ha da möhkəmləndirir. Neft-qaz sənayesində əldə olunan davamlı yüksəliş, ye­ni yataqların kəşfi perspektivləri Azərbaycanı dünyanın diqqət mərkəzində sax­layır. Neft-qaz sənayesinin lokomotivi, regionun ən qüdrətli şirkəti olan ARDNŞ bu istiqamətdə məqsədyönlü fəaliyyətini bir an da olsun dayandırmır, dünyanın enerji bazarında Azərbaycanın yerini və nüfuzunu yüksəltmək üçün əlindən gələni edir.

Biz neftçilər var gücümüzlə çalışırıq ki, Vətənimizin neft sənayesinin tarixi şöhrətini özünə qaytaraq, bu şöhrəti daha da artıraq, beynəlxalq ictimai rəydə Azərbaycan haqda həqiqətlərin möhkəm qərarlaşmasına nail olaq. Azərbaycan

xalqının dünəni və bu günü neft sənayesi ilə sıx bağlıdır. Bu gün biz daha işıqlı sabahımız naminə neft sənayemizi yeni texnologiya və elmi innovasiyalarla zənginləşdirir, neft kapitalını sosial kapitala, insan kapitalına çeviririk. Biz enerji ilə dolu bir tarix yaradırıq! Bu mənada Azərbaycan neftinin zəngin tarixi həm də gə­ləcəyimizin təminatçısıdır və bu tarixdə dəyərli iz qoymuş hadisələrin, şəxsiyyətlərin yaddaşlara  həkk olunması günümüzün ən mühüm məsələlərindən biridir. İnanıram ki, “SOCAR plus” məhz bu amala xidmət edəcək, özünə geniş oxu­cu auditoriyası qazana biləcəkdir.

 

Rövnəq Abdullayev