"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Amerika Birləşmiş Ştatlarının cənub-şərq sahillərini yuyan və güclü qasırğa, tufan, leysan yagışlar da daxil olmaqla gözlənilməz iqlim şəraitinin hökm sürdüyü Meksika  Körfəzi, eyni zamanda zəngin karbohidrogen yatagları ilə məşhurdur. Sahildən yarım saat aralandıqdan sonra dünyanın inkişaf etməkdə olan enerji mərkəzi- Hyuston şəhəri ucalır.

 




Dünyanın enerji paytaxtı Hyuston

Amerika Birləşmiş Ştatlarının cənub-şərq sahillərini yuyan və güclü qasırğa, tufan, leysan yagışlar da daxil olmaqla gözlənilməz iqlim şəraitinin hökm sürdüyü Meksika  Körfəzi, eyni zamanda zəngin karbohidrogen yatagları ilə məşhurdur. Sahildən yarım saat aralandıqdan sonra dünyanın inkişaf etməkdə olan enerji mərkəzi- Hyuston şəhəri ucalır.

Hyuston ölkənin cənubunda yerləşən Texas ştatının ən böyük şəhəri, əhalisinin sayına görə isə ölkənin dördüncü ən böyük şəhəridir. 1836-cı ilin avqust ayında  Baffalo Beyu (Buffalo Bayou) çayının sahilində yerləşən torpaq sahələrini satın alan nyu-yorklu Allen qardaşları burada şəhər saldılar və onu cəmisi on il  mövcud olan Texas Respublikasının prezidenti Sem Hyustonun şərəfinə Hyuston adlandırdılar. Texas ştatının qəhrəmanı və dövlət xadimi olan Sem Hyuston San Xasinto (Hyuston şəhərinin şərqində yerləşir) döyüşündə Meksika ordusunu məğlub edərək Texas Respublikasını təsis etmişdir. Texas Respublikası 1846-cı ildə tamamilə konfederasiyanın tərkibinə daxil oldu. Ölkə üzrə salınan yeni dəmir yolları və ərazilər körfəzə çıxışı olduğundan Hyustona doğru irəliləyirdi. Bu isə öz növbəsində burada çoxlu sayda limanların tikilməsinə və əhalinin artmasına təkan verdi.

1901-ci ildə Hyuston və onun ətrafında neft yatağlarının aşkar edilməsi iş adamları və siravi işçilərin Hyustona köçməsinə stimul verdi. XX əsrin birinci yarısında neft sənayesinin sürətli artımı II Dünya müharibəsinin başlanması ilə daha da inkişaf etdi. Neft və neft məhsulları, eləcə də sintetik kauçuka olan tələbat Hyuston dəniz limanı ətrafında neft-kimya zavodlarının tikilməsini sürətləndirdi. Hazırda Hyuston özünü artıq dünyanın enerji paytaxtı kimi təsdiq etmişdir və körfəz sahilinə doğru uzanan Texas magistral yolları boyunca neft emal zavodları yerləşir. Hyuston həmçinin hər il keçirilən və dünyanın ən böyük Ofşor Texnologiya Konfransına (Offshore Technology Conference - OTC ) ev sahibliyi edir. 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sponsorluğu ilə  Azərbaycan da bu konfransda təmsil olunmuş, dünyada ilk neft hasil edən ölkə kimi Azərbaycanın nailiyyətləri  təqdim edilmişdir,.  Neft sənayesindən əlavə, nəqliyyat və yükdaşınma, tibb və kosmik kəşfiyyat sənayesinin inkişafı Hyuston şəhərinin uğuruna səbəb olmuşdur.

 Ölkənin cənubunda yerləşən Hyuston limanı ABŞ-ın dəniz yükdaşıma tonnajına görə ən iri, ümumi yük tonajı baxımından isə ikinci ən iri limanı hesab olunur.  

Hyustonda yerləşən Tibb Mərkəzinə isə onlarca xəstəxana, tibbi tədqiqat və inkişaf institutları, tibbi elm ocaqları daxildir. Şəhər səhiyyə mərkəzlərinin sayına görə dünyada birinci yeri tutur. Ən iri həcmli ilk hava təcili tibbi yardım xidməti də məhz Tibb Mərkəzi tərəfindən həyata keçirilmişdir. Burada həmçinin ürək və qaraciyər transplantasiyası əməliyyatı üzrə ən iri mərkəz yerləşir.  Milli Aeronavtika və Kosmik İdarəetmə üzrə Conson adına Kosmik Mərkəz (NASA) də Hyustonda yerləşir.

2006-cı ildə Hyuston Forbes jurnalı tərəfindən biznesin inkişafı üçün ən əlverişli yer hesab olunmuşdur..