"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Əziz uşaqlar,
Siz bilirsiniz ki, hər gün neftlə təmasda olursunuz? İnanmırsınız? Hm....evinizdə işıq yanır? Televizora baxırsınız? Onun yanmasına, əlbəttə ki, neft və qaz kömək edir. Hazırda nə geyinmisiniz? Köynək? Tərkibində neylon var və düymələri plastikdəndir? Əgər belədirsə, bilin ki, neylon və plastik da neftdən hazırlanır. Qarğıdalı xoşlayırsınız? Gübrə ilə yetişdirilibsə, bilməlisiniz ki, gübrə də neftdən hazırlanır. Asfalt yolun neftdən hazırlandığını nece, bilirsiniz?





Uşaqlar üçün

BİLİRSİNİZ?

Əziz uşaqlar,

Siz bilirsiniz ki, hər gün neftlə təmasda olursunuz?  İnanmırsınız? Hm....evinizdə işıq yanır? Televizora baxırsınız? Onun yanmasına, əlbəttə ki, neft və qaz kömək edir. Hazırda nə geyinmisiniz?  Köynək? Tərkibində neylon  var və düymələri plastikdəndir? Əgər belədirsə, bilin ki, neylon və plastik da neftdən hazırlanır. Qarğıdalı xoşlayırsınız? Gübrə ilə yetişdirilibsə, bilməlisiniz ki, gübrə də neftdən hazırlanır. Asfalt yolun neftdən hazırlandığını nece, bilirsiniz?

Gəlin görək neft və qaz haqqında daha nələri bilirik? 

Bilirik ki, neft və qaz həyat üçün çox vacibdir. Onlarsız maşınlar hərəkətə gəlməz, təyyarələr uçmaz. Onlar bizə işiq və istilik üçün də çox lazımdır.

Bilirsiniz.............

......neft necə əmələ gəlib?

Alimlər beləqənaətə gəlmişlər ki,  milyon illər bundan əvvəl  okean və dənizlərdə, onlara yaxın olan quru ərazilərdə dinozavrlardan da əvvəl mövcud olan müxtəlif  heyvan və bitkilər  təbii fəlakətlər nəticəsində məhv olaraq su hövzəsinin dibinə çökmüşlər. Milyon illər ərzində həmin heyvan və bitki qalıqları tədricən qumdan, lildən, daşdan əmələ gələn qalın laylarla örtülmüşdür. Həmin laylardan gələn istiliyin və yüksək təzyiqin təsiri nəticəsində qalıqlar son nəticədə neft və qaza çevrilmişdir.

Bu gün neftçilər həmin qalın lay qatlarını xüsusi texnika ilə dərindən qazaraq neft  yataqlarına çatıb nefti çıxardırlar.

.......neft hansı rəngdədir?

Neft tərkibindən asılı olaraq  qara, yaşıl, qəhvəyi,  sarı ola bilər.

.......nefti necə çıxarırlar?  

Neft alimləri, geoloqlar, mühəndislər əvvəlcədən seçilmiş sahəni  oradan tapılan daş nümunələrini öyrənərək təhqiq edirlər. Ölçülər götürülür, və həmin sahə  yararlıdırsa qazma işlərinə başlanılır.  Sahənin üzərində “neft buruğu” adlanan  qurğu quraşdırılır  ki, onun da içərisində neftı yerin altından çıxarmaq üçün quyuya doğru uzanan alətlər və  borular yerləşdirilir.  Qazma işlərindən sonra quyudakı neft yerin üzərinə çıxır.

İndi isə  tez tez gördüyünüz, sizin və sizdən böyüklərin istifadə etdikləri şeylərin siyahısı ilə tanış olun. Siyahını çox uzatmaq da olar.  Onların hamısı neftdən hazırlanıb!

  1. Avtomobil şinləri
  2. Diş fırçaları
  3. Daraqlar
  4. Plastik qablar
  5. Kredit kartları
  6. Dodaq boyaları
  7. Paraşütlər
  8. Çətirlər
  9. Oyuncaqlar
  10. Futbol çəkmələri
  11. Tennis raketləri
  12. Telefonlar
  13. Şamlar

Yeri gəlmişkən, kompüterinizin klaviaturası da neftdən hazırlanıb!

Necə?.......Mövzumuzu gələn sayda davam etdirəcəyik.