"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..
SOCAR Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təmsil olundu

SOCAR Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təmsil olundu

SOCAR prezidenti Rövnəq Abdullayev iyunun 18–20-də keçirilmiş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmişdir. 

 

Azərbaycan–İraq: neft sənayesində əməkdaşlıq əlaqələri

Azərbaycan–İraq: neft sənayesində əməkdaşlıq əlaqələri

İyunun 2-də Azərbaycan Respublikasının Energetika Nazirliyində energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İraqın neft naziri Adil Abdulmahdi arasında görüş keçirilmişdir. 

 

SOCAR dünya neft sənayesi nəhəngləri arasında 5-ci şirkət oldu

SOCAR dünya neft sənayesi nəhəngləri arasında 5-ci şirkət oldu

Dünya Bankının Vaşinqtondakı baş mənzil-qərargahında 2015-ci il yaz forumu çərçivəsində keçirilmiş “2030-cu ilə qədər şamda yandırılan qazın sıfra endirilməsi” tədbirində Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, Dünya Bankı Qrupunun prezidenti Jim Yong Kim, həmçinin SOCAR, “Total”, “Statoyl”, “Shell”, və digər qurumların rəhbər şəxsləri, bir sıra ölkələrin yüksək dövlət rəsmiləri iştirak etmişlər. Tədbirdə çıxış edən BMT-nin baş katibi Pan Gi Mun bildirmişdir ki, qlobal iqlim dəyişikliyində müsbət nəticələr əldə etmək üçün dünyanın aparıcı neft istehsalçıları təbiətin keşiyində dayanmalı və israfçılığa yol vermədən ehtiyacı olan ölkələrə yardım göstərməlidirlər.

 

“Petkim”in 50 illiyi təntənə  ilə qeyd olunmuşdur

“Petkim”in 50 illiyi təntənə ilə qeyd olunmuşdur

Aprelin 2-də İzmir şəhərində Türkiyənin energetika sektorunda mühüm yer tutan “Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 

 

SOCAR və “bp” arasında Abşeron yarımadasının dayazsulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında hasilatın pay bölgüsü sazişi imzalanmışdır

2014-cü il dekabrın 22-də SOCAR və “bp” arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanmışdır.

 


1 2 3 4 »