"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..
Ağ atlı maqnat

Ağ atlı maqnat

“XX əsrin əvvəlində Bakının neft milyonçuları” mövzusu ədəbiyyatımızda kifayət qədər geniş işıqlandırılıb. Həmin heyrətamiz şəxsiyyətlərin sırasında, şübhəsiz ki, Hacı Zeynalabdin Tağıyevin adı öndə gəlir – istər xarakterinin bütövlyünə, istər xeyirxahlığına, istərsə də xalqın gələcəyini yalnız və yalnız maariflənmədə görən uzaqgörən baxışlarına görə. Bütün Azərbaycan neftxudaları – eləcə də Tağıyevin özü, Şəmsi Əsədullayev, Musa Nağıyev... çox koloritli şəxsiyyətlər olublar. Onların  barəsində əfsanəyə çevrilmiş əhvalatlar indiyədək xalq arasında dolaşmaqdadır. El yaddaşında xatirəsi bu gün də yaşayan bu şəxsiyyətlərin arasında həyat və biznes tarixçəsi bədii film süjetinə çevriləcək qədər maraqlı olan romantik təbiətli maqnat Murtuza Muxtarovun öz yeri var.

Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olmuşdur. O,  hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanmışdı. Bu mərhəmətli şəxsin fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri bu gün də insanı ona heyran olmağa vadar edir. H.Z.Tağıyev sağlığında inqilabdanöncəki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi özlərinin fəxri sədri seçmişdir. Bu insanın həyat yolu bizi bir daha əmin edir ki, həyatda uğur qazanmaq üçün ən əsas şey özünə, Vətəninə inam və şübhəsiz ki, öz üzərində daima çalışmaqdır.


« 1 2