"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..
Yeni hovuzun açılışı

Yeni hovuzun açılışı

Dekabrın 10-da ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər rəsmi şəxslər, habelə şirkət rəhbərliyinin nümayəndələri dəniz neftçilərinin həyatının xilas edilməsi məqsədi ilə məşqlərin keçirilməsi üçün nəzərdə tutulmuş hovuzun açılış mərasimində iştirak etmişlər.

“Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi” mövzusunda tədbir keçirilmişdir

“Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi” mövzusunda tədbir keçirilmişdir

Tədbirdə çıxış edən “BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirmişdir ki, ARDNŞ və əlaqədar dövlət qurumları ilə birlikdə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səyləri birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işlər aparılır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neft sənayesində ətraf mühit məsələlərinə qlobal baxış” mövzusunda beynəlxalq  konfrans keçirmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neft sənayesində ətraf mühit məsələlərinə qlobal baxış” mövzusunda beynəlxalq konfrans keçirmişdir

4-5 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində ARDNŞ və “IDEA” (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə global baxış” adlı beynəlxalq konfrans keçirilmişdir.

Qobustan Regional Təlim–Tədris Mərkəzinin açılışı olmuşdur

Qobustan Regional Təlim–Tədris Mərkəzinin açılışı olmuşdur

Oktyabrın 1-də Qobustan Regional Təlim-Tədris Mərkəzinin açılış mərasimi olmuşdur. Mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil naziri Mikayıl Cabbarov, ‘’Azərenerji’’ ASC-nin rəhbəri Etibar Pirverdiyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, ARDNŞ rəhbərliyinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin təmsilçiləri və digər rəsmi şəxslər iştirak etmişlər. Onlar mərkəzdə yaradılmış şəraitlə tanış olmuşlar.

Gəmiqayırma zavodunun açılışı

Gəmiqayırma zavodunun açılışı

Azərbaycan neftçilərinin peşə bayramı günü - sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

 


« 1 2 3 4 5 6 7 8 »