"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..
Kəmalə neft süjetlərini mozaika texnikasında yaradır

Kəmalə neft süjetlərini mozaika texnikasında yaradır

Məktəbli olanda Kəmalə Əliyeva keçmiş Pionerlər evinə gedirdi. Atası memar olduğu üçün qızının istedadını hiss etdiyindən onu şəkil çəkməyə həvəsləndirirdi.

Səkkiz yaşlı Cəbrayılın sərgisi və layihələri

Səkkiz yaşlı Cəbrayılın sərgisi və layihələri

Cəbrayıl Əliyevin cəmi 8 yaşı var. O, Tofiq İsmayılov adına Uşaq Bədii Yaradıcılıq Sarayının təsviri incəsənət studiyasının ən istedadlı üzvlərindən biridir.

Rəssam Vüqar Əli: İlk növbədə neft!

Rəssam Vüqar Əli: İlk növbədə neft!

Azərbaycanın tanınmış rəssamı, Rəssamlar İttifaqının üzvü Vüqar Əlinin sənət seçimi məsələsi ilə çətinliyi olmayıb. Onun atası neftçi idi və özü də uşaqlıqda Bakı pioner və məktəblilər evinin uşaq studiyasında məşğul olmuşdu.

Vüqar Muradovun rəsmləri düşüncədən başlayır

Vüqar Muradovun rəsmləri düşüncədən başlayır

Əlbəttə, bu istedadlı və çox arzulanan rəssamla görüş barədə hekayəti onun Bayıl massivinin mərkəzindəki 16 mərtəbəli binanın çardağında düzəltdiyi və sevə-sevə “Dam” adlandırdığı emalatxanasından başlamaq lazım gəlir. O deyir ki, burada rəssama lazım olan hər şey var –  şüşə divardan süzülüb gələn bol gün işığı, Xəzər buxtasının açıq, üfüqdə pilləli neft buruqları ilə bitən geniş mənzərəsi. Yüz ildən artıqdır ki, ətrafa keşik çəkən bu buruqlar insanda ən romantik fikirlər və duyğular oyadır.

İncəsənətin dili ilə

Azərbaycanın neft məmləkətinə, Bakının mədəni, sosial və iqtisadi inkişafın mərkəzi amilinə çevrildiyi XIX əsrin sonlarından başlayaraq neft mövzusu təsviri incəsənət ustalarının da marağını cəlb etdi. 


« 1 2 3 »