Кəlağayı
Arxeoloji və etnoqrafik tədqiqatlar göstərir ki, Azərbaycanda ipəyin tarixi Böyük İpək yolunun meydana çıxması ilə sıx bağlıdır.
Arxeoloji və etnoqrafik tədqiqatlar göstərir ki, Azərbaycanda ipəyin tarixi Böyük İpək yolunun meydana çıxması ilə sıx bağlıdır.
Neft Azərbaycan xalqının sərvətidir. Hələ XIX əsrin ortalarında, 1848-ci ildə sənaye üsulu ilə neft hasilatına Azərbaycanda başlanılmışdır. Yüz ildən çoxdur ki, Pirallahı adasında neft çıxarılır. 1868-ci ildə adada dərinliyi 132 metr olan ilk quyu qazılmış, neft hasil olunmuş və əcnəbi Vitte tərəfindən kerosin zavodu tikilmişdir. Adanın fəthi tarixi sonralar da davam etmişdir...
Dənizdə neft hasilatının pioneri – Neft Daşları, sadəcə, açıq dənizdə kilometrlərlə uzanan estakadalar demək deyil. Neft Daşları SSRİ miqyasında neft hasilatını kəskin artırmış və müharibədən sonrakı dövrdə dağılmış şəhərlərin bərpasını sürətləndirmiş əfsanədir. O, Qara Qarayevin “İgidlik nəğməsi”ndə, Rəşid Behbudovun yaratdığı neftçi obrazında, Tahir Salahovun monumental əsərlərində tərənnüm olunmuşdur. Neft Daşları dünyada ilk elmi-texniki laboratoriya, SSRİ-dən, Varşava müqaviləsi ölkələrindən, Vyetnamdan, hətta Meksikadan olan minlərcə mühəndisin dənizin dibindən neft çıxarmağı öyrəndiyi akademiyadır. Uzunluğu 180 kilometr olan bu süni ada artıq yarım əsrdən çoxdur Bakının simvolu, II Dünya müharibəsindən sonra SSRİ-nın bərpasında göstərdiyi xidmətlərin canlı abidəsidir.
Hər bir yubileyin öz mənası var, o, həm arxada qalan illərə yekun vurur, həm də geriyə retrospektiv nəzər salır. Çoxillik fəaliyyətin növbəti mərhələsinin uğurları həmişə məmnuniyyət və qürur doğurur və əlbəttə, yeni nailiyyətlərə ruhlandırır. Azərbaycan iqtisadiyyatının flaqmanı – milli neft şirkəti ARDNŞ 20 illiyini qeyd edir. Rəsmən gənc qurum olmasına baxmayaraq, ARDNŞ qədim neft diyarı olan Azərbaycanın zəngin tarixə malik neft-qaz sənayesinin tamhüquqlu varisidir.
Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar bir-birini əvəzləməkdədir.