"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..
Novruz

Novruz

Hər il bahar Azərbaycana yalnız təbiətin dirçəlişiini gətirmir, həm də ən parlaq və şən bayramlardan birini – Novruz bayramını gətirir. Bu bayramın tarixi kökləri zərdüştilik dövrünə gedib çıxır.

Buta

Buta

"Buta" Azərbaycanın ən qədim milli ornamentidir. "Buta" təsvirinə xalça və parçaların, dekorativ-tətbiqi incəsənət əsərlərinin naxışlarında, arxitektura tikililərinin bəzək elementlərində rast gəlinir. Məlum olduğu kimi, Azərbaycanda qədim zamanlarda atəşə sitayiş edirdilər. Dövrlər dəyişdi, dinlər dəyişdi, amma, ənənə olaraq, indi də "Buta" - alov dilinin stilləzə edilmiş təsviri, xalqımızda cinlərdən və pis gözdən qoruyan gözmuncuğu sayılır. Simvollar əbədi yaşayır!

Atəşgah

Atəşgah

Bakı “odlar diyarı” kimi ilk dəfə hələ V əsrə aid mənbələrdə xatırlanır. V əsrin birinci yarısında Bizanslı tarixçi və yazıçı Prisk Paniyski Skifiyadan Midiyaya aparan yolu təsvir edərək “Bağavanın yaxınlığındakı dəniz daşından püskürən od” barədə məlumat verir. Digər mənbələrdə isə “Bağavan” “Atşi-Baquan” adlanır. Sara xanım Aşurbəyli qeyd edir ki, burada “Atş” sözü od mənasını bildirən “Atəş” sözünün təhrif olunmuş formasıdır, “Atşi-Baquan” adı isə “Baquanın odları” deməkdir və burada söhbət məhz Bakıdan gedir. Bakı və Abşeron yarımadasının odları ilə bağlı nisbi aydınlıq olsa da, Abşeronda islamaqədərki dövrdə yaşamış atəşpərəstlər haqqında bu günə kimi heç bir məlumat yoxdur.

Sirli Yanardağ

Sirli Yanardağ

Məhəmmədi qəsəbəsində yerləşən Yanardağ çoxdan bəri Abşeron yarımadasının ən cəlbedici və diqqətəlayiq yerlərindən biri sayılır. Bu möhtəşəm dağın adına diqqət yetirsək görərik ki, onun adı iki sözdən - “yanar” və “dağ” sözlərindən yaranıb və bu, heç də məcazi məna daşımır, belə ki, Yanardağ həqiqətən də yanır! Artıq uzun illərdir ki, dağın ətəyində gecə-gündüz alov dilləri şölə saçır.

ÖZ ALOVUNU YANDIR!

ÖZ ALOVUNU YANDIR!

Qarşıdan gələn “Avroviziya 2012” mahnı müsabiqəsinin şüarı ölkəmizin də devizinə çevrilə bilər. Belə ki, bu şüar qədimdən bəri “Odlar Yurdu” adlandırılan Azərbaycanın zəngin tarixini heyrətamiz bir şəkildə əks etdirir. Azərbaycan isə bu adı əbəs yerə daşımır, çünki neft və qazla zəngin olan Abşeron yarımadası həm də planetin ən unikal guşələrindən biridir. Burada yerin təkindən çıxan yanar qaz hələ qədim dövrlərdən bəri ilahi sirr sayılıb və dünyanın hər bir yerindən insanları özünə cəlb edib. Ayrı-ayrı dağ və təpələrdə alovun çıxması barədə məlumatlara hələ 1264-cü ildə Bakıdan İrana səyahət edərkən neftin çıxarılmasına şahid olmuş italyan səyahətçisi Marko Polonun yazılarında rast gəlmək olar.


« 1 2 3 »