Statoil
Dünyada tanınmış beynəlxalq enerji şirkətlərindən olan “Statoil” 36 ölkədə fəaliyyət göstərir və ofşor yataqlarının ən iri operatoru sayılır. Neft və qaz hasilatı sahəsində 40 illik təcrübəyə malik şirkət ən son texnologiyalardan və innovativ biznes həll yollarından geniş istifadə edir. Baş ofisi Norveçdə yerləşən “Statoil” şirkətinin dünya üzrə 21.000-dən çox işçisi var.